Yerləşmə
Cəlilabad
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400–800 ₼
Yerləşdirilib
8 iyul 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Ünvan: Cəlilabad

Biz nə təklif edirik?

Yaradıcılığınızı tam nümayiş etdirə biləcəyiniz rahat və estetik iş mühiti;

  1. Mehriban və gənc komanda;
  2. Rəqabətədavamlı əməkhaqqı (Fix maaş + bonus sistemi);
  3. Karyera və şəxsi brendinizi inkişaf etdirmək şansı.

Vəzifə öhdəlikləri

  1. Mağazadakı mebel və digər ev aksesuarlarının xüsusiyyətlərini, keyfiyyətini və zövqlü tərəflərini videoçarxlarda (Reels, TikTok) kreativ şəkildə təqdim etmək;
  2. TikTok platformasında müntəzəm olaraq canlı yayımlar (Live) açmaq, izləyicilərin suallarını cavablandırmaq və məhsulları interaktiv şəkildə nümayiş etdirmək;
  3. SMM menecerlə birlikdə maraqlı, əyləncəli və trendlərə uyğun video ssenarilərinin hazırlanmasında iştirak etmək;
  4. İzləyicilərlə səmimi, pozitiv və mağazanın imicinə uyğun ünsiyyət qurmaq.

Tələblər

  1. Kamera qarşısında sərbəst, diksiyalı və axıcı danışıq qabiliyyəti (Azərbaycan dilində);
  2. TikTok və Instagram trendlərini yaxından izləyən, "bunu biz də çəkək!" deyən vizual zövq sahibi;
  3. Pozitiv, enerjili, insanları inandırmaq və cəlb etmək bacarığı olan;
  4. Oxşar sahədə (bloqerlik, video təqdimat, canlı yayım aparıcılığı və ya satış) təcrübəsi olanlara üstünlük veriləcək (Təcrübəniz yoxdursa belə, istedadınıza güvənirsinizsə, müraciət edə bilərsiniz!).

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
400–800 ₼
SMM menecer
Müraciət et