Kontent / sosial media meneceri

Anonim işəgötürən

Vakansiya haqqında

Layihə haqqında

  • Bu vəzifə klassik SMM meneceri vəzifəsindən fərqlənir. Bizə sadəcə sosial media hesablarını idarə edən əməkdaş deyil, şəxsi brendin inkişafında aktiv iştirak edəcək Content & Social Media Manager (Personal Brand) lazımdır.
  • Namizəd layihənin vizual üslubuna, kontentin təqdimat keyfiyyətinə və ümumi brend atmosferinin qorunmasına cavabdeh olacaq.
  • Brend liderlik, şəxsi inkişaf, idarəetmə, emosional zəka və Executive Coaching mövzularını əhatə edən şəxsi brend layihəsidir.
  • Kontent əsasən InstagramLinkedIn platformalarında yayımlanacaq.
  • Bütün mətnlər, ideyalar və kontentin strateji istiqaməti Brend Rəhbəri tərəfindən hazırlanacaq. Namizədin əsas vəzifəsi bu ideyaları yüksək estetikaya malik, peşəkar vizual kontentə çevirməkdir.

Əsas vəzifələr

  • Reels və digər video məzmunlarının hazırlanması və peşəkar montajı;
  • Instagram postları və karusel dizaynlarının hazırlanması;
  • Story məzmununun hazırlanması və paylaşılması;
  • Kontentin Instagram və LinkedIn platformalarında paylaşılması;
  • Kontent planının hazırlanması və idarə olunması;
  • Paylaşımlardan əvvəl bütün məzmunun keyfiyyətinə və düzgünlüyünə nəzarət edilməsi;
  • Instagram statistikasının təhlili və inkişaf istiqamətində təkliflərin hazırlanması;
  • Brendə uyğun yeni kontent formatlarının araşdırılması və yaradıcı təşəbbüslərin irəli sürülməsi.

Arzuolunandır

  • Meta Ads platformasında reklam kampaniyalarının qurulması və idarə olunması bacarığı;
  • Reklam optimizasiyası və auditoriya ilə işləmək təcrübəsi.
Peşəkar bacarıqlar
  • CapCut, Adobe Premiere Pro və ya Final Cut proqramlarında peşəkar səviyyədə işləmək;
  • Müasir və cinematic üslubda Reels və video montajları hazırlamaq;
  • AI alətləri və proqramları ilə işləmək bacarığı;
  • Minimal və estetik motion graphics elementlərindən istifadə etmək;
  • Rəng korreksiyası və vizual estetika prinsipləri ilə işləməyi bacarmaq;
  • Musiqi seçimi və ritm hissinin güclü olması;
  • Premium səviyyədə karusel və digər vizual dizaynlar hazırlamaq;
  • Instagram alqoritmlərini və platformanın funksionallığını yaxşı bilmək;
  • Rus və ingilis dillərini kontenti, təlim materiallarını və peşəkar resursları başa düşəcək səviyyədə bilmək.

Şəxsi keyfiyyətlər

  • yüksək estetik zövqə malik olmalıdır;
  • premium və minimalistik vizual dili hiss etməlidir;
  • daim özünü inkişaf etdirən və beynəlxalq trendləri izləyən biri olmalıdır;
  • detallara son dərəcə diqqətli və məsuliyyətli olmalıdır;
  • konstruktiv rəyi qəbul etməyi və tətbiq etməyi bacarmalıdır;
  • dəyişikliklərə çevik yanaşmalıdır;
  • təşəbbüskar olmalı və yeni ideyalar təklif etməlidir;
  • keyfiyyəti sürətdən üstün tutmalıdır.

Hansı namizədi axtarmırıq?

Aşağıdakı profillər bu vəzifə üçün uyğun hesab edilmir:

  • yalnız məhsul və mağaza səhifələrini idarə etmiş klassik SMM menecerləri;
  • yalnız Canva ilə işləyən dizaynerlər;
  • sadəcə paylaşım edən sosial media administratorları.

İş şəraiti

  • İş qrafiki: Freelance
  • Əmək haqqı: 700–1000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək)

Biz şəxsi brend quruculuğunda təcrübəsi olan və ya bu istiqamətdə inkişaf etməyə həqiqi maraq göstərən, yüksək vizual zövqə malik namizədlərlə əməkdaşlıq etmək istəyirik.

Məqsədimiz sadəcə sosial media meneceri tapmaq deyil. Biz uzunmüddətli perspektivdə şəxsi brendin inkişafında iştirak edəcək, yüksək estetik zövqə, peşəkarlığa və məsuliyyət hissinə malik etibarlı komanda üzvü axtarırıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 000 ₼
Yerləşdirilib
6 avqust 2026
Dillər
Russian, English
Son tarix
6 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Rəqəmsal platformalar üçün kreativ məzmun hazırlamaq və strateji idarə etmək.

Content CreationSocial Media ManagementDigital MarketingVideo Editing+5
Müraciət etAsan müraciətAsan müraciət
Arash Medical Company
Senior · 5+ il
Maaş göstərilməyib6 gün qalıb

Foto və video çəkilişlərini planlaşdırmaq, qrafik dizayn və video montaj həyata keçirmək.

Adobe Premiere ProAdobe After EffectsAdobe PhotoshopAdobe Illustrator+8
Müraciət etAsan müraciətAsan müraciət
700–900

Şirkətin sosial media hesablarını idarə edir və reklam kampaniyaları qurur, analitika bacarığı tələb olunur.

Content PlanningContent CreationMeta AdsTikTok Ads+5
Müraciət etAsan müraciətAsan müraciət
Bloom Group
Junior · 1+ il
Maaş göstərilməyib

Sosial media üçün video çəkir, redaktə edir və trendləri izləyir, 1+ il təcrübə tələb olunur.

Content CreationVideo ProductionVideo EditingColor Correction+2
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
700–1 000 ₼
Kontent / sosial media meneceri
Müraciət et