Sosial media marketinq mütəxəssisi

Aura Məişət Texnikası MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–800 ₼
Yerləşdirilib
24 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
24 iyul 2026

Vakansiya haqqında

Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH -ın Azərbaycan distribyutoru olan Aura Məişət Texnikası MMC üzrə Sosial Media Marketing mütəxəssisi vəzifəsi üzrə bəy və ya xanım nümayəndə tələb olunur.

Aşağıdakı iş təsviri sizə uyğundursa müraciət edin; sizi innovasiya, texnologiya və karyeranın gələcəyi olan şirkətdə işə dəvət edirik.

İş barədə məlumat

  • Şirkətin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanması və paylaşımlar etmək

  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi

  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələr təklif etmək və sərbəst işləməyi bacarmaq

  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək

  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək

  • Sosial Media təqvimin, effektiv post planın, mövzuların zamana görə planlaşdırılması və hazırlanması.

  • Gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımların yerləşdirilməsi

  • Foto və video çəkilişlərin həyata keçirilməsi

  • Aylıq hesabatları hazırlamaq

İş şərtləri:

  • 6 günlük iş qrafiki / 10:00-dan 18:00-dək

  • Əmək müqaviləsi.

  • Əmək haqqı 500-800 AZN

Namizədə tələblər.

  • Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək)

  • SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı.

  • Sosial media idarəetmə vasitələrindən; hootsuite, buffer, sprout social, agorapulse və s. ən azı birində bacarıqlı olmalıdır.

  • Qrafik dizayn proqramlarından; adobe photoshop ve illusrator, figma, canva və s. ən azı birində bacarıqlı olmalıdır.

  • Video redaktə proqramlarından; inshot, capcut, adobe premiere pro, final cut pro və s. ən azı birində bacarıqlı olmalıdır.

  • Süni intellekt vasitələrindən Gemini, Veo3, Flow, ChatGPT və s. ən azı birində bacarıqlı olmalıdır.

  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı

  • Müstəqil işləmək bacarığı idarəçilik və təşkilatçılıq qabiliyyəti

  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı

Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.

Əlaqə:

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Türk Dünyası Atatürk LiseyiMiddle23 gün əvvəl
Content CreationAdobe PhotoshopAdobe Premiere Pro
Bütün oxşar vakansiyalar
500–800 ₼
Sosial media marketinq mütəxəssisi
Müraciət et