Vakansiya haqqında

Komandamıza kreativ düşüncəli, yeniliklərə açıq, təşəbbüskar və sosial media sahəsində təcrübəli Sosial Media Meneceri axtarırıq.

Bu vakansiya əsasən qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsində sosial media hesablarını idarə etmək və inkişaf etdirmək istəyən şəxslər üçündür.

Vəzifə öhdəlikləri

  • Təsdiqlənmiş post plana əsasən qrafik, motion və videolar üçün brieflərin hazırlanması və müvafiq komanda üzvlərinə tam olaraq ötürülməsi;
  • Hazırlanan brieflərin müəyyən edilmiş deadline-lara uyğun düzgün icra olunmasına nəzarət;
  • Hazırlanan kontentlərin post plana və brieflərə uyğunluğunun yoxlanılması;
  • Instagram, Facebook və TikTok platformalarında daxil olan mesaj və şərhlərə operativ cavab verilməsi — maksimum 30 dəqiqə ərzində;
  • Ofis, klinika, aptek və digər lokasiyalarda foto və video çəkilişlərin təşkili və icrasının koordinasiyası;
  • Müxtəlif çəkilişlərdə aktiv iştirak;
  • Sosial media üçün mütəmadi olaraq yeni və kreativ kontent ideyalarının araşdırmaq və təklif etmək;
  • Sosial media trendlərini izləmək və aktual trendləri brend kommunikasiyasına uyğun şəkildə tətbiq etmək;
  • Komanda daxilində dizaynerlər, videoqraf və digər aidiyyəti şəxslərlə effektiv kommunikasiya qurmaq;
  • Kontent hazırlanması və paylaşım prosesinin planlı və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək.

Namizədə tələblər

  • Sosial Media Meneceri vəzifəsində minimum 1–2 il iş təcrübəsi;
  • Instagram, Facebook və TikTok platformalarının iş prinsipləri və kontent xüsusiyyətləri haqqında məlumatlı olmaq;
  • Kreativ və çevik düşüncə qabiliyyəti;
  • Yeniliklərə və yeni yanaşmalara açıq olmaq;
  • Yeni ideyalarla çıxış etmək və təşəbbüs göstərmək;
  • Planlama və deadline-larla işləmə bacarığı;
  • Detallara diqqətli və məsuliyyətli yanaşma;
  • Komanda ilə işləmək və düzgün kommunikasiya qurmaq bacarığı;
  • Çəkiliş proseslərinin təşkili və icrasında iştirak etmək;
  • Kontent hazırlanması proseslərinə maraq və aktiv yanaşma;
  • Dinamik iş mühitində operativ qərar vermək və həll-yönümlü olmaq.
  • Medical background olması üstünlükdür.

Nə vəd edirik?

  • Kreativ ideyalarınızı reallaşdıra biləcəyiniz və təşəbbüslərinizin dəyərləndirildiyi iş mühiti;
  • Sosial media sahəsində peşəkar inkişaf və yeni bacarıqlar qazanmaq imkanı;
  • Qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsi üzrə inkişaf;
  • Müxtəlif layihələrdə və tədbirlərdə aktiv iştirak;
  • Öyrənməyə, inkişaf etməyə və sosial media sahəsində daha da irəliləməyə dəstək.
  • Əmək haqqı razılaşma əsasında təyin olunacaq
  • İş qrafiki: B.e-Cümə 09:00-18:00

Biz kimi axtarırıq?

Biz yalnız verilən tapşırıqları icra edən deyil, düşünən, təşəbbüs göstərən, ideya irəli sürən və nəticəyə fokuslanan Sosial Media Meneceri axtarırıq.

Əgər siz:

  • sosial medianı sadəcə iş deyil, yaradıcılıq və inkişaf platforması kimi görürsünüzsə;
  • daim yeni ideyalar düşünür və onları reallaşdırmaqdan zövq alırsınızsa;
  • trendləri izləyir, araşdırma aparır və nəticələri analiz etməyi sevirsinizsə;
  • kontent çəkilişlərinin planlanması və prosesində aktiv iştirak etməyə hazırsınızsa;
  • qida əlavələri, vitaminlər və gözəllik məhsulları sahəsinə maraq göstərirsinizsə;
  • öz fikrinizi bölüşməkdən, yeni yanaşmaları sınamaqdan və komandaya real dəyər qatmaqdan çəkinmirsinizsə,

Sizi komandamızda görməkdən məmnun olarıq.

Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Son tarix
10 oktyabr 2026

Şirkət haqqında

BioHerbal Baku MMC
Əczaçılıq sənayesi · 10-50 · Baku

2015-ci ildə təsis edilmiş Bioherbal Baku şirkəti, sağlamlıq və gözəllik sektorunda fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur.

BioHerbal Baku MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

700

Instagram və TikTok üçün kreativ kontent hazırlayan və sosial media hesablarını idarə edən mütəxəssis.

Content CreationContent PlanningTrend AnalysisCreative Thinking+8
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur.

Content CreationContent PlanningData AnalysisTrend Analysis+5
Müraciət etAsan müraciətAsan müraciət
Titan Group
Middle · 2+ ilBakı
800

Sosial media platformalarında brendin tanıtımını və kontent yaradılmasını həyata keçirir, 2 il təcrübə tələb olunur.

Content PlanningContent CreationAudience TargetingCampaign Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Saena MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Kafenin sosial mediasını idarə edir, SMM sahəsində ən azı 3 il təcrübə tələb olunur.

Campaign ManagementContent CreationMeta AdsTrend Analysis+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sosial media menecer
Müraciət et