TikTok komanda koordinatoru

Super Toys

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900–900 ₼
Yerləşdirilib
26 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
26 iyul 2026

Vakansiya haqqında

Supertoys komandamıza TikTok kontent proseslərini, yaradıcı komandanın iş axınını və kontentlərin icrasını koordinasiya edə biləcək TikTok Komanda Koordinatoru axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • TikTok kontent komandasının gündəlik iş prosesini koordinasiya etmək;

  • Kontent planlarının hazırlanması və icrasına nəzarət etmək;

  • Kontent yaradıcıları iş bölgüsünü təmin etmək;

  • Kontentlərdə iştirak;

  • Çəkiliş planlarını hazırlamaq, çəkiliş proseslərinin vaxtında və effektiv həyata keçirilməsini təşkil etmək;

  • Kontent ideyalarının toplanması, inkişaf etdirilməsi və icrasına nəzarət etmək;

  • Trend mövzuları, viral formatları, rəqib səhifələri və bazar yeniliklərini analiz etmək;

  • Hazırlanan videoların brend standartlarına və kontent strategiyasına uyğunluğunu yoxlamaq;

  • TikTok paylaşım təqvimini idarə etmək;

  • Paylaşımların nəticələrini analiz etmək və inkişaf təklifləri hazırlamaq;

  • Kontent performansı və səhifələr üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq;

  • Məhsulların TikTok kontentlərində düzgün təqdim olunmasını təmin etmək.

  • TikTok canlı yayımlarının planlanması, koordinasiyası və icrasına nəzarət etmək;

Tələblər:

  • Yaş: 22-35

  • TikTok platformasının kontent yaradılması, paylaşım mexanikası və performans analizləri üzrə peşəkar səviyyədə bilik və təcrübə;

  • Video çəkiliş və montaj prosesləri üzrə əsas bilik və praktiki anlayışa malik olmaq;

  • Komanda idarəetməsi və koordinasiya bacarığı;

  • Kreativ düşüncə və ideya yaratmaq qabiliyyəti;

  • Analitik düşüncə və nəticə yönümlü yanaşma;

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü

  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

  • Karyerada yüksəlmək imkanı

  • Əmək haqqı: 900 AZN+Bonus

Müraciət qaydası:

Şirkət haqqında

Super Toys
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 20 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.

Super Toys — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
900–900 ₼
TikTok komanda koordinatoru
Müraciət et