Reels və qısa formatlı videolar çəkir, montaj edir və kreativ sosial media trendlərini izləyir.
Vakansiya haqqında
"Avrora" MMC : “Videoqraf / Fotoqraf” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
İnsan Resursları komandası ilə birlikdə tədbir və layihə planlarına uyğun foto/video çəkilişlərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
Təlimlər, seminarlar, komanda quruculuğu proqramları, xüsusi əhəmiyyətli günlər, yeni təyinatlar, rəhbərlə görüşlər (CEO lunch), mükafatlandırma mərasimləri və əmək yarmarkaları daxil olmaqla İnsan Resursları departamenti tədbirlərini peşəkar şəkildə sənədləşdirmək;
Çəkilmiş materialların montajını etmək, post-prodakşn prosesi (montaj, rəng düzəlişi və s.) və istifadəyə hazır formatda təqdim edilməsini həyata keçirmək;
İşəgötürən brendinqi və daxili kommunikasiya layihələri üçün yaradıcı vizual konseptlər hazırlamaq və tətbiq etmək;
Hazırlanan kontenti sosial media, intranet və daxili kommunikasiya kanallarında paylaşmaq;
Çəkilmiş materialları arxivləşdirmək, təsnif etmək və təhlükəsiz şəkildə saxlamaq;
Çəkiliş zamanı şirkətin daxili siyasətinə, məxfilik qaydalarına və brend standartlarına riayət etmək;
İnsan Resurları departamentin ilə sıx əməkdaşlıq edərək vizual kontentin keyfiyyətini və effektivliyini daim artırmaq.
Tələb olunan bilik və bacarıqlar:
MS Office proqramlarından sərbəst istifadə
Montaj proqramları (Adobe Premiere, Final Cut, Photoshop, Vegas pro və s.) üzrə bacarıq;
Kreativ yanaşma və vizual konseptlərin hazırlanması təcrübəsi;
Texniki avadanlıqların idarə olunması bacarığı;
Komanda ilə işləmə və kommunikasiya bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
Təhsil: Orta təhsil (Ali təhsil üstünlükdür);
İş təcrübəsi: Foto və video çəkiliş sahəsində minimum 1 il təcrübə.
İş şərtlərimiz:
İş qrafiki : Yarım iş günü;
İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Nahar;
Könüllü tibbi sığorta;
Şirkət hesabına koəlaqə saxlanılacaqdır.rporativ nömrə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi, 46C ünvanındadır.
İş qrafiki yarım iş günüdür.
Foto və video çəkiliş sahəsində minimum 1 il təcrübə tələb olunur.
Adobe Premiere, Final Cut, Photoshop, Vegas pro və MS Office proqramlarında bacarıq tələb olunur.
CV-lər mövzu hissəsində “Videoqraf / Fotoqraf” yazılmaqla göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideo və foto prodüser üzrə Bakıda digər açıq elanlar.
Reklam videoları və sosial media üçün məzmun yaradır, Adobe Premiere Pro və AI alətlərində təcrübə tələb olunur.
Video məzmunlar hazırlayır, sosial media trendlərini izləyir və video redaktə bacarığı tələb olunur.
Sosial media hesablarını idarə edir, kreativ kontent yaradır və satış bacarığı tələb olunur.


