Vakansiya haqqında

Marketinq komandamıza qoşulacaq, enerjili, kreativ və daim yeni kontent ideyaları yaradan Mobiloqraf / Videoqraf axtarırıq. Yalnız verilən tapşırıqları icra edən deyil, brendin inkişafına öz ideyaları ilə töhfə verən namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri

  • Mobil telefon vasitəsilə peşəkar foto və video çəkilişlərinin həyata keçirilməsi.
  • Instagram Reels, TikTok və YouTube Shorts formatında qısa videoların hazırlanması.
  • Çəkilmiş materialların montaj edilməsi, rəng korreksiyası və paylaşım üçün hazır vəziyyətə gətirilməsi.
  • Sosial media trendlərini izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək.
  • Yeni və yaradıcı kontent ideyalarının hazırlanması və təqdim edilməsi.
  • Marketinq komandası ilə birlikdə aylıq kontent planına uyğun çəkilişlərin təşkili.
  • Layihələr, tədbirlər və digər məkanlarda foto və video çəkilişlərinin həyata keçirilməsi.
  • Sosial media platformaları üçün gündəlik vizual kontentin hazırlanması.
  • Brendin vizual üslubuna uyğun kreativ kontent istehsalı.

Tələblər

  • Mobiloqrafiya və ya videoqrafiya sahəsində minimum 1.5 il iş təcrübəsi.
  • Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı.
  • Trend Reels və TikTok montaj texnikalarını bilməsi.
  • Smooth transition, color correction və sound design üzrə biliklər.
  • Motion graphics və text animation bacarıqları.
  • Mobil çəkiliş texnikaları, kamera bucaqları və kadr quruluşu haqqında bilik.
  • Instagram, TikTok və YouTube Shorts platformalarının tələblərini yaxşı bilməsi.
  • Kreativ düşüncə, estetik baxış və güclü vizual zövq.
  • Yeni ideyalar irəli sürmək və onları həyata keçirmək bacarığı.
  • Enerjili, təşəbbüskar və nəticəyönümlü olmaq.
  • Deadline-lara uyğun operativ işləmək bacarığı.
  • Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət bacarığı.
  • Portfolio təqdim edilməsi mütləqdir.

Müraciət

Maraqlanan namizədlər CV-lərini və portfolio linklərini (Instagram, TikTok, YouTube və ya Google Drive) göndərə bilərlər.

Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətlərinə baxılmayacaq.

Biz təklif edirik

  • Dinamik, kreativ və beynəlxalq yönümlü iş mühiti.
  • Premium daşınmaz əmlak layihələri və müxtəlif maraqlı çəkilişlər üzərində işləmək imkanı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi.
  • Yeni ideyaların və kreativ yanaşmaların dəstəkləndiyi komanda mühiti.
  • Əməkhaqqı: 500 – 800 AZN (təcrübə və bacarıqlardan asılı olaraq).

İş qrafiki

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Şənbə: 10:00 – 15:00
  • İstirahət günü: Bazar

Maraqlanan namizədlər CV-lərini və portfolio linklərini (Instagram, TikTok, YouTube və ya Google Drive) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Mobiloqraf qeyd etməklə göndərə bilərlər.

Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətlərinə baxılmayacaq.

Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–800 ₼
Yerləşdirilib
1 avqust 2026
Son tarix
1 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Arash Medical Company
Senior · 5+ il
Maaş göstərilməyib6 gün qalıb

Foto və video çəkilişlərini planlaşdırmaq, qrafik dizayn və video montaj həyata keçirmək.

Adobe Premiere ProAdobe After EffectsAdobe PhotoshopAdobe Illustrator+8
Müraciət etAsan müraciətAsan müraciət
Rabitəbank ASC
Middle · 3+ il
Maaş göstərilməyib

Bankın daxili brendinqi və PR tədbirləri üçün qrafik dizaynlar hazırlamaq, 3 ildən çox təcrübə tələb olunur.

BlenderCinema 4DLightingCreative Thinking+14
Müraciət et
Bütün oxşar vakansiyalar
500–800 ₼
Mobiloqraf
Müraciət et