Vakansiya haqqında

Avtomobil sahəsinə və kreativ videoların hazırlanmasına marağın varsa, komandamıza qoşul!

İş yeri: Carbuy

İş qrafiki: 6 günlük

Vəzifə öhdəlikləri:

  • Avtosalonda avtomobillərin foto və video çəkilişlərini həyata keçirmək;
  • Instagram Reels, TikTok və digər sosial şəbəkələr üçün kreativ, dinamik və trendlərə uyğun videolar hazırlamaq;
  • Çəkiliş prosesini planlaşdırmaq, təşkil etmək və həyata keçirmək;
  • Videoların montajını etmək, səs, musiqi, mətn və vizual effektlər əlavə etmək;
  • Sosial media və video kontent sahəsindəki yenilikləri izləmək;
  • Brend üçün maraqlı və kreativ kontent ideyaları təklif etmək;
  • Marketinq kampaniyaları üçün video kontentin hazırlanmasına dəstək göstərmək;
  • Tapşırıqları müəyyən edilmiş qrafikə uyğun və vaxtında təhvil vermək.

Namizədə tələblər:

  • Reels, TikTok və qısa video kontentinin hazırlanması üzrə təcrübə;
  • Adobe Premiere Pro, After Effects və ya digər video montaj proqramlarında işləmək bacarığı;
  • Kreativ düşüncə və müasir trendləri izləmək bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Avtomobil mövzusunda kontent hazırlamağa maraq;
  • Portfolio təqdim edilməsi arzuolunandır.

Biz nə təklif edirik?

  • Rəqabətədavamlı əməkhaqqı;
  • Kreativ və gənc komanda ilə işləmək imkanı;
  • Portfolio yaratmaq və genişləndirmək üçün real brend layihələri;
  • Peşəkar və karyera inkişafı perspektivləri;
  • Dinamik və yaradıcı iş mühiti.

Müraciət etmək üçün CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin.

Mövzu hissəsində “Videoqraf / Video montajçı” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

CarBuy
İnformasiya və kommunikasiya, İnternet və rəqəmsal platformalar

Avtomobil bazarının gələcəyi artıq CarBuy ilə formalaşır. CarBuy – avtosalonları, dilerləri və fərdi satıcıları bir araya gətirən innovativ B2B platformadır.

CarBuy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AFB Bank
Junior · 1+ il
Maaş göstərilməyib

Bank üçün video çəkiliş, montaj və post-produksiya işlərini həyata keçirmək üçün 1 il təcrübə tələb olunur.

Adobe Premiere ProCanvaCreative ThinkingVideo Shooting+8
Müraciət etAsan müraciətAsan müraciət
AzInTelecom
Middle · 2+ il
Maaş göstərilməyib

Korporativ və sosial media üçün video çəkiliş və montaj işlərini həyata keçirmək üçün 2 il təcrübə tələb olunur.

Adobe Premiere ProAdobe After EffectsAdobe PhotoshopAdobe Illustrator+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Videoqraf / video montajçı
Müraciət et