Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Marketinq fəaliyyətləri üçün foto və video çəkilişlərini planlaşdırmaq və həyata keçirmək.
  • Sosial media, rəqəmsal platformalar və çap materialları üçün vizual məzmun, qrafik dizayn və video materialları hazırlamaq.
  • Hazırlanan foto, video və dizayn materiallarının montajını və yekun emalını həyata keçirmək.
  • Brendin korporativ vizual üslubuna uyğun məzmun yaratmaq və onun vahidliyini qorumaq.
  • Çəkilişlərin təşkili və icrası zamanı aidiyyəti şöbələr və əməkdaşlarla koordinasiyalı işləmək.
  • Hazırlanan materialların keyfiyyətini və vaxtında təhvil verilməsini təmin etmək.
  • Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
  • TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq;
  • Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
  • Foto və video çəkilişi, montajı və qrafik dizayn sahəsində praktiki təcrübə.
  • Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator və Lightroom proqramlarında işləmək bacarığı.
  • Peşəkar kamera, işıqlandırma, səs avadanlıqları və gimbal ilə işləmək bacarığı.
  • Video montajı, rəng korreksiyası (Color Correction), səs emalı və motion graphic üzrə biliklər.
  • Instagram, Facebook, TikTok, YouTube və LinkedIn platformaları üçün foto və video kontent hazırlamaq və paylaşmaq bacarığı.
  • Güclü vizual zövq, kompozisiya, kadraj və brend estetikası üzrə biliklər.
  • Kreativ düşüncə, məsuliyyətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.
  • Portfolio təqdim edilməsi mütləqdir.
  • Tibbi və ya korporativ sahədə iş təcrübəsi üstünlükdür.

Şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00
  • Şirkət tərəfindən naharla təmin olunur
  • Peşəkar inkişaf və karyera imkanları
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026

Şirkət haqqında

Arash Medical Company
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Bakı

Arash Medical Company yalnız tibbi texnologiyaların deyil, həm də etibarlı satış və peşəkar servis xidmətinin ünvanıdır. İxtisaslaşmış servis komandamız distributoru olduğumuz beynəlxalq brendlərin rəsmi təlim proqramlarında mütəmadi…

Arash Medical Company — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Camal LTD (İceland)
Junior · 1+ ilBakı
1 0004 gün qalıb

Sosial media və marketinq üçün kreativ qrafik və video dizayn hazırlamaq, Adobe proqramlarını bilmək.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignFigma+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Visual content creator
Müraciət et