Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqlar hazırlamaq və texniki komandaya ötürmək;
Mövcud biznes proseslərini və rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərdə məlumatların düzgün əks etdirilməsi və proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
Sistem dizaynı tələblərini müəyyənləşdirmək və dizayn proseslərində iştirak etmək.
Tələblər
Sahə üzrə minimum 2 il təcrübəsi;
Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə bacarığı;
Minimum "Intermediate" səviyyəsində İngilis dili;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Figma, Jira, Confluence kimi alətlərlə təcrübə;
Sistem dizaynı biliklərinin olması vacibdir;
BPMN, UML kimi modelləşdirmə dilləri üzrə yüksək səviyyədə bilik;
Postman və/və ya Swagger kimi alətlərlə işləmə bacarığı;
BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarığı;
AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür;
Sistem və tətbiq loglarını oxumaq, əsas hadisələri və xətaları müəyyən etmək, problemlərin ilkin təhlilini apararaq texniki komandaya düzgün şəkildə eskalasiya etmək bacarığı üstünlükdür;
Agile/Scrum və ya Waterfall metodologiyalarına dair biliklər üstünlükdür;
İxtisas üzrə beynəlxalq sertifikatlar üstünlük təşkil edir.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



