Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Son tarix
23 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • İT üzrə Layihələrin məqsədlərinin, əhatə dairəsinin (scope) və deliverable-ların müəyyən edilməsi;

  • Layihə planının hazırlanması (timeline, mərhələlər, resurs planı);

  • Büdcənin formalaşdırılması və nəzarət mexanizmlərinin qurulması;

  • Layihə fəaliyyətlərinin ümumi idarə olunması və koordinasiyası;

  • Podratçı və təchizatçıların işinə nəzarət və uyğunluğun təmin edilməsi;

  • Layihə üzrə texniki uyğunluğun təsdiqi;

  • Layihə Koordinatorunun fəaliyyətinə rəhbərlik və nəzarət;

  • Layihənin icra vəziyyətinin (deadline, KPI, progress) daimi izlənilməsi;

  • Layihə iştirakçıları (İT mütəxəssisləri, podratçılar, təchizatçılar) arasında effektiv əlaqəni təmin etmək;

  • Şəbəkə infrastrukturu (LAN/WAN, VLAN, IP planlama) üzrə qərarların verilməsi;

  • CCTV, access control və digər sistemlərin inteqrasiyasına nəzarət;

  • Avadanlıq seçimi və texniki uyğunluğun təmin edilməsi;

  • Layihə üzrə görüşlərin təşkili və rəhbərlik edilməsi;

  • Stakeholder-lərin gözləntilərinin idarə olunması;

  • Layihə üzrə texniki və inzibati sənədlərin (texniki tapşırıq, aktlar, hesabatlar və s.) hazırlanması və dövriyyəsinin aparılması

  • Layihə üzrə texniki və inzibati sənədlərin hazırlanması və izlənilməsi

  • Tapşırıqların icra vəziyyətini izləmək, gecikmələr və risklər barədə rəhbərliyi məlumatlandırmaq

  • Vendor və tərəfdaşlarla danışıqların aparılması;

  • Layihənin vaxtında və büdcə daxilində tamamlanması.

Səriştələr:

  • Layihə idarəetmə metodologiyaları (PMI, Agile və s.) üzrə bilik;

  • İT infrastrukturu (network, CCTV, access control) üzrə güclü texniki baza;

  • Liderlik və komanda idarəetmə bacarığı;

  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;

  • Güclü kommunikasiya və təqdimat bacarığı;

  • MS Project, Jira və digər PM alətləri ilə işləmə bacarığı.

Tələblər:

  • İT sahəsində 4-5il iş təcrübəsi.

  • İngilis və Rus dili biliyi;

İş şəraiti

  • İş qrafiki: 5 günlük

  • Şirkət tərəfindən ödənişsiz nahar təminatı və Tibbi sığorta.

Şirkət haqqında

İnnovativ Layihələr Mərkəzi
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri

“İnnovativ Layihələr Mərkəzi” MMC 2016-cı ildə təsis edilmişdir. Cəmiyyət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı istehsalçıların avadanlıqları və proqram təminatlarının təchizatçısıdır. Belə ki, “İnnovativ Layihələr Mərkəzi” MMC müxtəlif hüquqi və fiziki şəxslərlə, dövlət qurumları ilə əməkdaşlıq etməklə partnyoru olduğu Nokia, Huawei, Thales, Cisco kimi vendorların server, şəbəkə, kriptoqrafik şifrələmə və digər avadanlıqlarını təqdim edir. Eyni zamanda virtuallaşdırma, məlumatların saxlanması, şəbəkə monitorinqi, avtomatlaşdırma və xidmətin idarə olunması, elektron sənəd dövriyyəsi sahəsində proqram təminatı üzrə lisenziyalar, həllər də təqdim olunur. Rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə Riverbed Technology, IXIA, Vmware, Datacore, BMC kimi aparıcı şirkətlərin həlləri biznes modellərin idarə olunmasında səmərəliliyin artırılmasına, xərclərə qənaət olunmasına və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bundan əlavə “İnnovativ Layihələr Mərkəzi” MMC kommersiya fəaliyyəti göstərən hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə mobil cihazlara İMEİ nömrə üzərindən nəzarət olunması üzrə xidmət göstərməkdədir.

İnnovativ Layihələr Mərkəzi — bütün vakansiyalar
Göstərilməyib
İT Layihə Meneceri
Müraciət et