Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Çay kateqoriyasındakı (qara çay, yaşıl çay, aromatlaşdırılmış çaylar, bitki çayları və müxtəlif çay qarışıqları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların çay xammalının növlərini, keyfiyyət göstəricilərini, yarpaq ölçülərini, blend tərkibini və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, rəng, dəmlənmə və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Çay xammalı növlərini, mənşəyini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Çay kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya texnologiyası, Aqrar sahə və ya müvafiq texniki sahə).
  • Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma / Kateqoriya idarəedilməsi sahəsində(Çay, qida və ya FMCG sahəsində birbaşa istehsalatda/çay fabrikində texnoloq, istehsalat və ya keyfiyyət) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm çay sənayesinin istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Çay xammalı üzrə bilik: Qara və yaşıl çay xammalının növləri, yarpaq ölçüləri, keyfiyyət göstəriciləri, mənşə ölkələri, blend hazırlanması və məhsulun dad-aroma xüsusiyyətləri haqqında praktiki biliklərə malik olmaq.
  • Keyfiyyət və qida təhlükəsizliyi: BRCGS, FSSC 22000, ISO 22000, GLOBALG.A.P. (Good Agricultural Practices), HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici çay istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera inkişafı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
1 noyabr 2026
Baxış
10

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

İş yeri Bakı şəhərindədir.

Ali təhsil tələb olunur, xüsusilə Qida mühəndisliyi, Qida texnologiyası, Kimya texnologiyası, Aqrar sahə və ya müvafiq texniki sahə üzrə.

Minimum 5 il təcrübə, 2 il rəhbər vəzifədə olmaqla tələb olunur.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləqdir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kateqoriya meneceri üzrə Bakıda digər açıq elanlar.

Vertex
Senior · 8–10 ilBakı
2 000₼

Layihə üzrə koordinator kimi işlərin keyfiyyətli icrasına və təhlükəsizliyə nəzarət edir, 8-10 il təcrübə tələb olunur.

Project ManagementTeam LeadershipQuality ControlAutoCAD+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Çay kateqoriyası üzrə istehsalat və satınalma müdiri
Müraciət et