Layihə idarəetməsi üzrə böyük mütəxəssis

Azərbaycan Dəmir Yolları

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
English, Russian
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

Təyin edilmiş strateji layihələrin düzgün istiqamətdə, vaxtında, daxili və kənar mühitdə baş verən dəyişikliklərə uyğunlaşa bilən formada həyata keçirilməsi üzrə monitorinq, koordinasiya, inteqrasiya və nəzarət tədbirlərini həyata keçirmək, bu məqsədlə ADY-nin müvafiq struktur vahidlərinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
Layihə çərçivəsində icra olunan bütün işlərin, proseslərin və sənədləşmələrin qəbul olunmuş layihə idarəetmə metodologiyasına tam uyğunluğuna nəzarət etmək və standartların qorunmasını təmin etmək;
Ehtiyac halında layihələr üzrə zəruri sənədləşdirmə işlərinin aparılmasında layihə komandalarına metodoloji dəstək göstərmək;
Təyin edilmiş strateji layihələrin gedişatı haqqında dövri hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihələrin idarə olunması üzrə işçi qrupların formalaşmasında iştirak etmək;
Strateji layihələrin həyata keçirilməsi zamanı cəlb olunmuş ekspertlərin və məsləhət şirkətlərinin nümayəndələrinin işinin əlaqələndirilməsini, onlara müvafiq dəstək göstərilməsini, onlardan məlumatların alınmasını təmin etmək və görülmüş işlər barədə hesabatlar hazırlamaq;
Layihələrin idarəetmə metodologiyasının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
Strateji layihələrdə çətinliklərin həll edilməsi və risklərin idarə edilməsi proseslərində yer almaq;
Ofisin fəaliyyət səmərəliliyini artırmaq məqsədilə daxili reqlamentlərin, biznes proseslərin, qayda və prosedurların hazırlanmasında və davamlı olaraq təkmilləşdirilməsində fəaliyyət göstərmək.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Yaxşı səviyyədə İngilis və Rus dili biliyi;
Layihə idarəetməsinin həyat dövrü, layihə idarəetmə metodologiyaları, prosesləri və alətləri haqqında nəzəri və praktiki biliklər;
Layihə idarəedilməsi üzrə beynəlxalq səviyyəli sertifikatların (PMP, CAPM, IPMA, PRINCE2 və ya Agile/Scrum) olması üstünlükdür;
Dəyişikliklərin idarə olunması, layihə risklərinin müəyyənləşdirilməsi üzrə biliklər;

Şirkət haqqında

Azərbaycan Dəmir Yolları
Rail Transportation · Baku

Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır. Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Cəmiyyətinin insan resursları siyasəti zəruri kadr resurslarının formalaşdırılması, effektiv idarə edilməsi və kadrların səmərəli fəaliyyətinin təmin edilməsini nəzərdə tutur.

Azərbaycan Dəmir Yolları — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihə idarəetməsi üzrə böyük mütəxəssis
Müraciət et