Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Market, mağaza və digər kommersiya obyektlərinin təmir-tikinti layihələrinin idarə olunması;Layihələrin vaxtında, büdcəyə uyğun və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;Tikinti və təmir işlərinin planlaşdırılması, koordinasiyası və icra prosesinin izlənilməsi;Podratçı və təchizatçılarla işin təşkili və koordinasiyası;Tikinti sahələrinə mütəmadi baxışların keçirilməsi və görülən işlərin yoxlanılması;Layihə üzrə texniki sənədlərin və hesabatların hazırlanması;Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və idarə olunması;İşlərin təhlükəsizlik və keyfiyyət standartlarına uyğun icrasına nəzarət;Rəhbərliyə layihələrin gedişatı ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi;Layihə iştirakçıları arasında koordinasiyanın təmin edilməsi və yaranan problemlərin operativ həlli. Xüsusi tələblər Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya əlaqəli sahələr üzrə);Tikinti və ya təmir layihələrinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;Mühəndislik bilikləri (mütləqdir);Tikinti prosesləri, materiallar və texniki standartlar üzrə biliklər;Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;AutoCAD, MS Office və digər aidiyyəti proqramlarda işləmək bacarığı üstünlükdür;Analitik düşünmə və problem həll etmə bacarığı;Güclü ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;Ezamiyyətlərə hazır olmaq.Təklif edirikRəqabətqabiliyyətli əmək haqqı;Karyera inkişafı və peşəkar yüksəliş imkanları;Böyük həcmli və maraqlı layihələrdə iştirak;Peşəkar və dinamik iş mühiti;Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.Müraciət qaydasıYuxarıda göstərilən tələblərə uyğun olan namizədlərdən mövzu hissəsində “Project Manager” qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.Max Print komandasında peşəkar inkişaf və maraqlı layihələrdə iştirak etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihə meneceri
Müraciət et