Contract NegotiationBudget ManagementProject Management
Yerləşmə
Bakı
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026
Dillər
English, Azerbaijani
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Layihələrin planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;Layihənin əhatə dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə etmək;Layihə icra planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və icrasını təmin etmək;Layihə büdcəsinə, qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;Satınalma strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə olunmasına rəhbərlik etmək;Podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək;Layihələrin icra vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;Çoxfunksiyalı layihə komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və inkişafını dəstəkləmək;Layihələrin istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək. Xüsusi tələblər Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə olunması üzrə təcrübə;Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq iş təcrübəsinə malik olmaq üstünlükdür;Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma, tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə biliklər;FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;MS Project və/və ya Primavera P6 proqramlarında işləmək bacarığı;MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə biliklər;İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı. Müraciət etmək üçün: [email protected]
Şirkət haqqında
Norm OJSC
Emal sənayesi, Tikinti materiallarının istehsalı · Baku
İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Norm OJSC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Project ManagementChange ManagementVendor Management
Project ManagementRisk ManagementStakeholder Management
Construction ManagementQuality ControlRisk Management
