Project ManagementRisk ManagementStakeholder Management
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Şirkətimiz infrastruktur layihələrinin idarə olunması üzrə peşəkar və məsuliyyətli Layihə Rəhbəri axtarır.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik;
- Komanda idarəetmə bacarığı;
- Operativ qərarvermə qabiliyyəti;
- Stressə davamlılıq;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları.
İş Şəraiti:
- İş saatı: 09:00 dan-18:00 dək
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri
- İnfrastruktur layihələrinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
- Layihənin məqsəd, büdcə, vaxt qrafiki və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə komandalarının fəaliyyətini koordinasiya etmək və iş bölgüsünü aparmaq;
- Podratçı və subpodratçı təşkilatlarla əməkdaşlığı təşkil etmək və nəzarətdə saxlamaq;
- Layihə üzrə texniki sənədlərin, iş qrafiklərinin və hesabatların hazırlanmasını və icrasını təmin etmək;
- Tikinti və infrastruktur işlərinin normativ tələblərə uyğun aparılmasına nəzarət etmək;
- Risklərin müəyyənləşdirilməsi və idarə olunması üzrə tədbirlər görmək;
- Layihənin gedişi barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
- Layihə üzrə yaranan problemlərin operativ həllini təşkil etmək;
- Dövlət qurumları, sifarişçilər və digər maraqlı tərəflərlə əlaqələri idarə etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi, Layihələrin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İnfrastruktur və ya tikinti layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
- Layihələrin idarə olunması metodologiyaları üzrə biliklər;
- AutoCAD, MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Primavera P6 və ya MS Project proqramlarını bilmək üstünlükdür;
- Liderlik, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
- Azərbaycan dilini sərbəst, rus və ya ingilis dilini bilmək üstünlükdür.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Project ManagementRisk ManagementStakeholder Management
Project ManagementRisk ManagementAutoCAD
Quality ControlAutoCADRisk Management

