Mobil tətbiq və veb məhsulun idarəsini aparır, marketinq və məhsul idarəetməsində 5 il təcrübəsi var.
BacarıqlarTestingSupplier Relationship ManagementGo-to-Market StrategyProduct Portfolio ManagementProduct AnalysisKPI MonitoringPerformance AnalysisRevenue optimizationUser Experience OptimizationContent localizationCertificationDeploymentUser journey analysisProduct Strategy DevelopmentAdvertising Campaign ManagementCross-functional CollaborationPerformance ReportingMarket Trend AnalysisCompetitor analysisRegulatory ComplianceProduct documentationProcess DocumentationStakeholder CollaborationMicrosoft ExcelMicrosoft PowerPointCustomer developmentMultitaskingAnalytical ThinkingCommunication
Vakansiya haqqında
Əsas vəzifələr
- Məhsul portfelini idarə etmək və monitorinqini aparmaq, məhsul analizlərini həyata keçirmək və əsas göstəriciləri (KPI) izləmək;
- Portfelin performansını təhlil etmək və gəlirin, oyunçu təcrübəsinin və məhsul çeşidinin optimallaşdırılması üzrə tövsiyələr hazırlamaq;
- Məhsulların bazara çıxarılması prosesini başdan sona koordinasiya etmək: planlaşdırma, məhsulla bağlı məzmunun ingilis dilindən Azərbaycan dilinə uyğunlaşdırılması və tərcüməsi, məzmunun dəqiqliyinin və kontekstə uyğunluğunun təmin edilməsi, test, sertifikasiya, tətbiq/deployment və məhsulun istifadəyə verilməsindən sonra monitorinq;
- İstifadəçi ehtiyaclarını, istifadəçi səyahətlərini (user journey) və əsas problemləri (pain points) təhlil etməklə məhsul araşdırması və müştəri inkişafı proseslərinə rəhbərlik etmək;
- Təchizatçılarla (provider) münasibətləri idarə etmək, buraxılış cədvəllərini, promo imkanlarını və əməliyyat tələblərini koordinasiya etmək;
- Məhsul strategiyalarının, GTM (Go-to-Market) strategiyasının, reklam/promosyon kampaniyalarının və oyunçu cəlbetmə təşəbbüslərinin hazırlanması və həyata keçirilməsini dəstəkləmək;
- Marketinq, CRM, IT, Maliyyə, Compliance və Müştəri Dəstəyi komandaları ilə əməkdaşlıq edərək məhsulların uğurlu şəkildə istifadəyə verilməsini və performansını təmin etmək;
- Müntəzəm performans hesabatları, biznes icmalları (business review) və təqdimatlar hazırlamaq;
- Bazar trendlərini, rəqiblərin fəaliyyətini və yeni oyun mexanikalarını izləyərək inkişaf imkanlarını və məhsul təkmilləşdirmələrini müəyyən etmək;
- Bütün məhsulların və fəaliyyətlərin qanunvericilik, tənzimləyici və məsuliyyətli oyun (Responsible Gaming) tələblərinə uyğunluğunu təmin etmək;
- Məhsul və proses sənədlərini, həmçinin portfellə bağlı qeydləri və məlumatları aktual saxlamaq.
Tələblər
- Product Management, Marketing, Business Analytics, Business Development və ya oxşar sahələrdə ən azı 2 il iş təcrübəsi;
- Rəqəmsal məhsullar, gamification, müştəriyə yönəlik platformalar və ya sistem inteqrasiyaları üzrə təcrübə üstünlükdür;
- Biznes, Marketinq, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Məhsulun həyat dövrü (Product Lifecycle) haqqında güclü anlayış;
- Məsuliyyəti öz üzərinə götürmək və müstəqil şəkildə nəticələr əldə etmək bacarığı;
- Güclü analitik düşüncə və strukturlaşdırılmış problem həll etmə bacarığı;
- Müştəri ehtiyaclarını, biznes məqsədlərini və texniki məhdudiyyətləri balanslaşdırmaq bacarığı;
- KPI-lar, məlumatların təhlili və performansın izlənməsi üzrə təcrübə;
- Güclü kommunikasiya və maraqlı tərəflərlə (stakeholder) effektiv əməkdaşlıq bacarığı;
- SDLC (Software Development Life Cycle) haqqında texniki anlayış və mühəndislik komandaları ilə effektiv əməkdaşlıq bacarığı;
- Proaktiv, məsuliyyətli, nəticəyönümlü yanaşma və effektiv məhsullar yaratmağa maraq;
- Sürətli iş mühitində bir neçə layihəni və prioriteti paralel idarə etmək bacarığı;
- Azərbaycan və ingilis dillərində həm şifahi, həm də yazılı sərbəst ünsiyyət bacarığı;
- Microsoft Excel və PowerPoint proqramlarında yüksək səviyyədə iş
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Bakı, Nasimi District
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
9 oktyabr 2026
Baxış
25
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul meneceri üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 275 ₼.
adətən bu qədər ödəyirlərnadir hallarda
22 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərlotereya ASC
Entertainment Providers · 201-500 · Bakı
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru | "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan…
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul meneceri üzrə Bakıda digər açıq elanlar.
Maaş göstərilməyib
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib
Maaş göstərilməyib
Məhsul portfelini idarə edir, bazar təhlili aparır və satış komandasını təlimləndirir.
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib
Daşınmaz əmlak layihələrinin marketinq strategiyalarını idarə edir və bazara çıxış planları hazırlayır.





