Vakansiya haqqında

Struktur bölmənin adı

  • Maliyyə texnologiyaları və innovasiyalar departamenti / Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsi

Vəzifənin funksiyaları:

  • Departamentin və şöbənin strateji hədəflərinə və əməliyyat planına uyğun olaraq məhsul və layihələr üzrə müəyyən edilmiş nəticələrin və əsas fəaliyyət göstəricilərinin yerinə yetirilməsində iştirak edir.
  • Maliyyə texnologiyaları, rəqəmsal transformasiya və innovativ məhsullar üzrə yerli və beynəlxalq bazar araşdırmaları aparır, istifadəçi ehtiyaclarını və texnoloji həlləri təhlil edərək müvafiq təkliflər hazırlayır.
  • Məhsulun vizyonunu, məqsədlərini, əhatə dairəsini və gözlənilən nəticələrini formalaşdırır, aidiyyəti maraqlı tərəflərlə razılaşdırır.
  • Məhsulun yol xəritəsini və backlog-unu hazırlayır, tələbləri biznes dəyəri, istifadəçi ehtiyacı, risk və texniki asılılıqlar nəzərə alınmaqla prioritetləşdirir.
  • Biznes və funksional tələbləri, istifadəçi ssenarilərini və qəbul meyarlarını hazırlayır və aidiyyəti bölmələrlə razılaşdırır.
  • İstifadəçi və maraqlı tərəflərin ehtiyaclarını müəyyən etmək məqsədilə məhsul kəşfiyyatı prosesini, müsahibələri, sorğuları və işçi görüşləri təşkil edir.
  • Minimum işlək məhsulun (MVP-nin) əhatə dairəsini müəyyən edir, prototiplərin və pilot həllərin hazırlanması və sınaqdan keçirilməsini əlaqələndirir.
  • Maliyyə texnologiyaları və innovativ məhsulların ideyanın formalaşdırılmasından tətbiqə və davamlı təkmilləşdirilməsinə qədər məhsul həyat dövrünün idarə olunmasında iştirak edir.
  • Məhsul və təşəbbüslər üzrə Mərkəzi Bankın struktur bölmələri, dövlət qurumları, maliyyə bazarı iştirakçıları, texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı əlaqələndirir.
  • Məhsul tələblərinin hüquqi, informasiya təhlükəsizliyi, data və texnoloji tələblərə uyğunluğunun aidiyyəti bölmələrlə birlikdə təmin edilməsində iştirak edir.
  • Hazırlanmış funksionallıqların müəyyən edilmiş biznes tələblərinə və qəbul meyarlarına uyğunluğunu qiymətləndirir və məhsulun istifadəyə verilməsi prosesində iştirak edir.
  • Məhsul üzrə uğur meyarlarını və əsas fəaliyyət göstəricilərini müəyyən edir, tətbiqdən sonrakı nəticələri və istifadəçi rəylərini təhlil edərək təkmilləşdirmə təklifləri hazırlayır.
  • Məhsul və layihələr üzrə riskləri, məhdudiyyətləri, asılılıqları və qərar tələb edən məsələləri müəyyən edir və vaxtında eskalasiya olunmasını təmin edir.
  • Məhsul və layihələr üzrə irəliləyiş, nəticələr, risklər və əsas fəaliyyət göstəricilərinə dair hesabat və təqdimatlar hazırlayır.
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində departament və şöbə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

​​​​​​​Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
  • Tədqiqat aparma bacarığı

​​​​​​​Təcrübə

  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi tələb olunur

​​​​​​​Təhsil

  • Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat) tələb olunur.

​​​​​​​Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.

​​​​​​​Kompüter bacarıqları

  • MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 167 Heydar Aliyev Avenue, Nizami District,
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
8 oktyabr 2026
Baxış
15

Şirkət haqqında

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Banking · Baku
Azərbaycan Respublikasının Mərkəzi Bankı — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul sahibi üzrə Bakıda digər açıq elanlar.

PASHA Sığorta
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Məhsul Sahibi kimi korporativ həllərin strategiyasına rəhbərlik edir və Agile bacarıqları tələb olunur.

Product DiscoveryBacklog ManagementPrioritizationAuthentication+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı mütəxəssis
Müraciət et