Məlumatların idarəedilməsi və biznes analitika üzrə layihələri planlaşdırır və icra edir, SQL və Python bilikləri tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
- Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
- Məşğulluq növü: Tam ştat (Təcrübə proqramı)
Vəzifə Öhdəlikləri:
- Product Owner-in gündəlik fəaliyyətinə dəstək göstərmək və product proseslərinin koordinasiyasında iştirak etmək;
- Aktiv layihə və task-ların izlənilməsi, prioritetləşdirilməsi və statuslarının nəzarətdə saxlanılması;
- Team Lead-in task-larının sistemləşdirilməsi və deadline-ların vaxtında izlənilməsi;
- Vacib görüşlərdə iştirak etmək, Meeting Notes hazırlamaq və follow-up proseslərini idarə etmək;
- Development Team ilə gündəlik kommunikasiya aparmaq və tapşırıqların icra vəziyyətini izləmək;
- Bitrix24, CRM və digər daxili sistemlərdə məlumatların idarə olunmasına dəstək vermək;
- Product task-larının hazırlanması, planlaşdırılması və idarə olunması prosesində iştirak etmək;
- Yeni həllərin, funksionallıqların və bazar trendlərinin araşdırılması, inkişaf təkliflərinin hazırlanmasına dəstək olmaq;
- Mövcud məhsul və layihələrin təkmilləşdirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsində iştirak etmək.
Tələblər:
- Product Management sahəsində inkişaf etməyə güclü maraq;
- Analitik düşüncə və problemləri həll etmə bacarığı;
- Yüksək təşkilatçılıq bacarığı və vaxtın effektiv idarə olunması;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Bitrix24, Jira, Trello, Notion və ya oxşar task management alətləri ilə tanışlıq üstünlükdür;
- Rus və ingilis dili bilikləri arzuolunandır.
Şirkətin Təklifləri:
- Product Management sahəsində real layihələr üzərində praktiki təcrübə qazanmaq imkanı;
- Təcrübəli Product Owner ilə birbaşa işləmək və mentorluq dəstəyi;
- Müasir və rahat iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Uğurlu namizədlər üçün gələcəkdə Product Owner və ya Product Manager istiqamətində inkişaf perspektivi.
CV-lərinizi vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Russian, English
Son tarix
26 sentyabr 2026
Şirkət haqqında
TREVA
Real Estate · Baku
instagram - https://www.instagram.com/treva.realestate/?hl=en
TREVA — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Data inteqrasiyası layihələrini planlaşdırır və biznes analitikası üzrə SQL və Python bilikləri tələb olunur
Maaş göstərilməyib
Fiziki şəxslərə bank xidmətləri göstərir və kredit müraciətlərini təhlil edir, analitik bacarıq tələb olunur
Maaş göstərilməyib
Rəhbərliyin sənədlərini hazırlayır, əlaqələri koordinasiya edir və yüksək təşkilatçılıq bacarığı tələb olunur.



