Yerləşmə
Ağsu
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.
Tələblər
Aqronomiya və ya müvafiq sahə üzrə ali təhsil;
Aqronom və ya Kiçik Aqronom vəzifəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini səlis bilmək, ingilis dili biliyi üstünlükdür;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
Operativ, məsuliyyətli və diqqətli olmaq;
Komandada effektiv işləmək bacarığı;
BC kateqoriyalı sürücülük vəsiqəsi.

Əlavə qeyd:

İş yerinə nəqliyyat ilə təminat;
Yerləşmə (yaşayış) ilə təminat.

Şirkət haqqında

Yalama Agropark LLC
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Heyvandarlıq · Ağsu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunur. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 40 milyon manatadək investisiya qoyulması gözlənilir. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tədbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılmış, 1000 başlıq müasir heyvandarlıq kompleksinin və gücü saatda 5 ton olan yem zavodunun tikintisi yekunlaşmaq üzrədir, ikinci mərhələ üzrə isə 10 ha sahədə müasir istixana (şüşə örtüklü) kompleksinin, gündəlik emal gücü 50 ton olan süd zavodunun və 60 ha meyvə bağının salınması nəzərdə tutulur. Təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu tikilmiş, əraziyə 5 km məsafədən qaz xətti çəkilmiş, 4.9 km məsafədən elekrtrik xəttinin çəkilməsi həyata keçirilir. “Aqrolizinq” ASC vasitəsilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmış, birinci və ikinci mərhələ üzrə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələrin təsərrüfata gətirilməsi təmin edilmişdir.

Yalama Agropark LLC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Prime CottonZərdabMiddle7 gün əvvəl
AgronomyAgricultural PlanningCrop Management
A+Co MMCSaatlıMiddle28 gün əvvəl
Record KeepingStatistical ReportingCrop Management
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aqronom
Müraciət et