Əkinçilik üzrə supervayzer

A+CO

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
16 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Meliorativ tədbirlərini həyata keçirilməsi üçün planlar hazırlamaq;

  • Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;

  • Becərmə və biçim müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;

  • Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;

  • Mütəmadi olaraq əkin sahələrini monitorinq etmək;

  • Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;

  • Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;

  • İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;

  • Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın icrasının təşkili və nəzarət etmək;

  • Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasını təşkil etmək, müvafiq tapşırıqlar vermək və hesabatlılığını təmin etmək;

  • Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqini aparmaq;

  • Mineral, üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsi və sahələrin təmin edilməsi ilə bağlı işləri planlayıb təşkil etmək;

  • İllik aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanmasında iştirak etmək;

  • Əkin sahələrində çalışan işçilərlə mütəmadi fərdi görüşlər təşkil etmək, onların problemləri, təklifləri ilə maraqlanmaq və aidiyyəti şöbələr üzrə məlumatların verilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (Aqrar sahəsi üzrə);

  • Aqronom vəzifəsində ən azı 5 illik iş təcrübəsi;

  • Dənli bitkilərin becərilməsi ilə bağlı iş təcrübəsi;

  • MC Office proqramından istifadə bacarığı;

  • Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;

  • İdarəetmə təcrübəsi, analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə.

İş şəraiti:

  • İş yeri: Saatlı rayonu;

  • Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

A+Co MMCSaatlıMiddle28 gün əvvəl
Record KeepingStatistical ReportingCrop Management
A+CO ASCMiddle29 gün əvvəl
Statistical ReportingCrop ManagementSoil Management
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əkinçilik üzrə supervayzer
Müraciət et