Vakansiya haqqında

Avtomatika üzrə mütəxəssis istehsalat və texnoloji proseslərdə istifadə olunan avtomatlaşdırma sistemlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin edir. PLC, HMI, SCADA və digər idarəetmə sistemlərinin quraşdırılması, sazlanması, proqramlaşdırılması və texniki xidmətini həyata keçirir. Avtomatika avadanlıqlarında, sensorlarda və idarəetmə sistemlərində yaranan nasazlıqları diaqnostika edir və aradan qaldırır. Yeni avtomatlaşdırma layihələrinin tətbiqində iştirak edir, sistemlərin sınaqlarını keçirir və texniki təkmilləşdirmələr üzrə təkliflər hazırlayır.Texniki sənədləşməni aparır, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edir, sistemlərin etibarlı istismarını təmin edir.

Vəzifə öhdəlikləri:

  • Avtomatika üzrə mütəxəssis alət və nəzarət sistemlərinin funksional yoxlanılmasını həyata keçirir, xəbərdarlıq sistemləri, kilidlər və geri əlaqə mexanizmlərinin düzgün işləməsini təmin edir.
  • PLC, HMI və SCADA sistemləri ilə işləyir, PLC proqramlarında dəyişikliklər edir, PLC ilə PC arasında əlaqəni qurur və prosesə uyğun tənzimləmələr aparır.
  • Avtomatik idarəetmə və ölçmə cihazlarının kalibrlənməsi, konfiqurasiyası, nasazlıqların diaqnostikası və təmiri işlərini həyata keçirir, yeni xətlərin və avadanlıqların ilkin testini aparır.
  • Texniki sənədlərin, elektrik sxemlərinin və istismar təlimatlarının hazırlanmasını təmin edir, ehtiyat hissələrinin müəyyən olunması və sifariş prosesində iştirak edir.
  • İstehsalat və texniki heyətlə koordinasiyalı işləyir, nasazlıqlar barədə rəhbərliyi məlumatlandırır, ISO 9001, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edir və onların icrasına nəzarət edir.

Tələblər:

  • PLC, SCADA və HMI sistemləri üzrə bilik və praktiki iş təcrübəsi.
  • Sənaye avtomatlaşdırma sistemlərində istifadə olunan sensorlar, aktuatorlar və digər avadanlıqlarla işləmək bacarığı.
  • Elektrik və avtomatika sxemlərini oxumaq, analiz etmək və tətbiq etmək bacarığı.
  • Avtomatlaşdırma sistemlərinin quraşdırılması, sazlanması, proqramlaşdırılması və diaqnostikası üzrə təcrübə.
  • Texniki nasazlıqları operativ müəyyən etmək və aradan qaldırmaq bacarığı.

Biz nə təklif edirik:

  • İş yeri: Bakı-Masazır, Sumqayıt, Xırdalan, Cəbrayıl
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət

Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Avtomatika üzrə mütəxəssis və uyğun olan şəhəri qeyd edilməlidir.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Son tarix
7 sentyabr 2026

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Azersun Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Technocare MMC
Junior · 1+ il
1 000–1 500

Avtomatika sistemlərinin layihələndirilməsi və dəstəyi üzrə işləyir, PLC və SCADA bilikləri tələb olunur

PLCSCADATestingTechnical Documentation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Avtomatika üzrə mütəxəssis
Müraciət et