Topoqrafiya və geodeziya işlərini aparır, AutoCAD və Total Station bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
- Cəmiyyətdə müxtəlif miqyaslı topoqrafik xəritələrin və planların tərtibatı və yenilənməsi üzrə sahə (çöl) və kameral işləri həyata keçirmək;
- Topoqrafik xəritələr və planlar əsasında müxtəlif miqyaslı xəritələrin tərtibatı işlərini yerinə yetirmək;
- Relyef, obyektlərin yerləşməsi və digər coğrafi xüsusiyyətlər üzrə ərazilərin topoqrafik tədqiqatını yerinə yetirmək;
- Ərazi üzərində geodeziya cihazları vasitəsilə ölçmə işlərini aparmaq və nəticələri sənədləşdirmək;
- Xəritə və planların nəşrə hazırlanması çərçivəsində cizgi və qaydaya salma işlərini həyata keçirmək;
- Çöl işlərinin nəticələrinə əsasən plan və xəritələrin tərtibində, onların rəqəmsal formada işlənməsində iştirak etmək;
- Müasir topoqrafik avadanlıqlardan (GPS, total stansiya, səviyyəölçən və s.) istifadə edərək yüksək dəqiqlikli ölçmələri həyata keçirmək;
- İstifadə olunan cihaz və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və düzgün işləməsini təmin etmək;
- Yerli və beynəlxalq norma və standartlara uyğun topoqrafik məlumatların emalını və analizini həyata keçirmək;
- Tərtib edilmiş xəritə və planların texniki cizgilərə uyğunluğunu yoxlamaq və keyfiyyətini təmin etmək;
- Topoqrafik məlumatların arxivləşdirilməsi, saxlanması və ehtiyac olduqda yenilənməsini həyata keçirmək;
- Tikinti və layihələndirmə işlərində layihənin topoqrafik əsaslarının hazırlanmasında iştirak etmək;
- Ərazi planlaşdırılması, infrastruktur layihələri və digər mühəndis-geodeziya işlərində iştirak etmək;
Namizədə tələblər:
- Namizədin Şəki şəhərində daimi yaşayışının olması zəruridir.
- Müvafiq sahə üzrə ali təhsil (Mütləqdir)
- Topoqrafiya, geodeziya və xəritəçəkmə sahəsində minimum 3 il iş təcrübəsi.
- Geodeziya cihazları ilə (GPS, Total Station, Nivelir və s.) işləmək bacarığı.
- AutoCAD, Civil 3D və digər aidiyyəti proqramlarda işləmə bacarığı.
- Topoqrafik planların hazırlanması və oxunması üzrə biliklər.
- Ölçmə nəticələrinin emalı və hesabatların hazırlanması bacarığı.
- Tikinti və layihələndirmə sahəsində normativ sənədlər haqqında məlumatlılıq.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
- Komandada və müstəqil işləmək bacarığı
İş şəraiti:
- İş yeri: Şəki şəhərə
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1500 - 1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf (Şəki)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Şəki
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–1 800 ₼
Yerləşdirilib
4 sentyabr 2026
Son tarix
4 oktyabr 2026
Şirkət haqqında
Capital Construction MMC
Building firm · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb
Tikinti layihələrində topoqrafik və geodezik ölçmələr aparmaq üçün 5 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Topoqrafiya və geodeziya işlərini həyata keçirir, GPS və AutoCAD bilikləri tələb olunur.
Maaş göstərilməyib
Sahə və torpaq ölçmələri aparır, texniki sənədləri başa düşür və survey proqramlarından istifadə edir.



