AutoCAD proqramında texniki çertyojlar hazırlayır və layihə sənədlərində mühəndislərlə əməkdaşlıq edir.
Vakansiya haqqında
Ümumi vəzifə öhdəlikləri:
- AutoCAD proqramında 2D texniki çertyojların hazırlanmasına dəstək vermək;
- Mövcud detalların ölçülərinin götürülməsi və çertyojda əks etdirilməsi;
- Sadə 3D modellərin hazırlanmasına dəstək olmaq;
- İstehsalat üçün texniki çertyoj və sənədlərin hazırlanmasında iştirak etmək;
- Reverse Engineering layihələrində iştirak etmək;
- Çertyojların ölçü, material və texniki tələblərə uyğun hazırlanmasına dəstək vermək;
- Çertyojların düzgün şəkildə kodlaşdırılması və arxivləşdirilməsində iştirak etmək;
- Production Engineer və istehsalat komandası ilə koordinasiyalı işləmək.
Namizədə qarşı tələblər:
- Universiteti yeni bitirmiş və ya son kurs tələbəsi;
- Mexanika, maşınqayırma, mühəndislik və ya əlaqəli ixtisas üzrə təhsil;
- AutoCAD proqramı üzrə baza bilikləri;
- MS Office proqramlarından (Excel, Word, PowerPoint) istifadə bacarığı;
- Texniki çertyojları oxumaq və anlamaq bacarığı üstünlükdür;
- SolidWorks, Inventor və ya digər CAD proqramları üzrə bilik üstünlükdür;
- Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü şəxs;
- Komanda işi və əməkdaşlıq bacarığı;
- Diqqətli və detallara önəm verən yanaşma.
Təklif edilən şərtlər:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00 – 18:00
- Nahar vaxtı: 13:00 – 14:00
- İstirahət günləri: şənbə, bazar
- Əmək haqqı: 500 AZN
- Təcrübə müddəti: 3–6 ay (performansa əsasən dəyərləndirilir)
Əlavə faydalar:
- Rəsmi əmək müqaviləsi
- Peşəkar təlim və mentor dəstəyi
- Real istehsalat layihələrində iştirak imkanı
- Uğurlu performans əsasında daimi iş imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İMEC Mühəndislik şirkəti 2022 – ci ildən fəaliyyətini rəsmiləşdirmiş, gənc, inovativ və dinamik şirkətdir. Şirkətin missiyası, Azərbaycanda inkişaf etməkdə olan dağ-mədən və sənayenin qeyri neft sektorunda mühəndislik disiplinləri…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi 5 günlük, iş vaxtı 09:00–18:00, nahar vaxtı 13:00–14:00-dır.
Əmək haqqı 500 manatdır.
Təcrübə müddəti 3–6 ay, performansa əsasən dəyərləndirilir.
AutoCAD proqramı üzrə baza bilikləri və mexanika, mühəndislik ixtisası tələb olunur.
Rəsmi əmək müqaviləsi, peşəkar təlim və mentor dəstəyi, real layihələrdə iştirak imkanı təklif olunur.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarÇertyojçu üzrə Bakıda digər açıq elanlar.
Yeni mağazalarda ölçü işləri aparır, 2D planlar hazırlayır və tikinti işlərini nəzarət edir, DWG proqramını bilir.
Təlim iştirakçıları üçün sertifikatların hazırlanması və məlumatların yoxlanılması işini görür.
İstehsal xətlərində konfet və şirniyyat məhsullarının hazırlanmasını və avadanlığa nəzarəti həyata keçirir.




