Metal və qeyri-metal məmulatların CNC torna və frez dəzgahlarında işlənməsini həyata keçirir.
Vakansiya haqqında
Vakansiya: CNC Operatoru
Vəzifənin ümumi təsviri
Çertyoj üzrə detal hazırlama, dəzgahların sazlanması, torna və frez dəzgahlarının CNC proqramlarının idarə edilməsi üzrə təcrübəli CNC operatoru axtarılır.
Vəzifə öhdəlikləri
- Texniki cizgiləri (çertyojları) düzgün oxumaq və detalları müəyyən edilmiş ölçülərə uyğun emal etmək;
- İş parçasını dəzgaha düzgün bərkitmək, mərkəzləmək və emal prosesində ölçü alətləri vasitəsilə ölçülərə nəzarət etmək;
- CNC proqramlarını düzgün yükləmək, işə salmaq və emal prosesini idarə etmək;
- Zərurət yarandıqda CNC proqram kodlarına müvafiq dəyişikliklər etmək;
- CNC avadanlıqları üçün hazırlanmış əməliyyat proqramlarını idarəetmə məntəqələrinə daxil etmək;
- Emal prosesinə uyğun kəsici alətləri seçmək, quraşdırmaq və zərurət yarandıqda dəyişdirmək;
- Gündəlik istehsalat planına uyğun olaraq CNC dəzgahlarının işini təşkil etmək və istehsal prosesini başlatmaq;
- İstehsal olunan məhsulların müəyyən edilmiş çeşid, növ, keyfiyyət norma və standartlarına uyğunluğunu təmin etmək;
- Görülən işlər və istehsalat prosesi barədə rəhbərliyə müvafiq məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət etmək.
Tələblər
- Müvafiq iş təcrübəsi: 2 ildən çox
- CNC dəzgahlarının idarə olunması və proqramlarının işlədilməsi, zərurət yarandıqda kodlarda dəyişikliklərin edilməsi üzrə bilik və bacarıqlar
- Texniki cizgiləri, sxemləri və çertyojları oxuma və anlama bacarığı;
- Kəsici alətlərin seçilməsi və istifadəsi üzrə praktiki biliklər;
- İstehsal olunan məhsulların müəyyən edilmiş norma və standartlara uyğunluğuna nəzarət etmək bacarığı;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək və onlara riayət etmək;
- CAD proqramlarında çertyoj hazırlamaq bacarığı üstünlük hesab olunur.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini career@azroksan.az elektron ünvanına, mövzu hissəsində “CNC Operator” qeyd etməklə göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Sumqayıt
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Şirkət haqqında
AZROKSAN LLC
Defense & Space Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
700–1 200₼
Quality ControlCNC Machine OperationTechnical Drawing ReadingMachine Maintenance
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstehsalat avadanlıqlarının təmiri və sazlanması üzrə çilingər, mexaniki təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
CNC dəzgahlarını sazlayır, idarə edir və məhsulun keyfiyyətini təmin edir.

