Açıq mədən işlərinin istehsalat proseslərini planlaşdırır və Surpac, Micromine proqramlarından istifadə edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Açıq mədən işlərinin gündəlik istehsalat proseslərini planlaşdırmaq, təşkil etmək və təsdiq edilmiş istehsalat planlarına uyğun icrasına nəzarət etmək;
Yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi proseslərini koordinasiya etmək və onların səmərəli icrasını təmin etmək;
Gündəlik, həftəlik, aylıq və illik istehsalat planlarının hazırlanmasında iştirak etmək, planların icrasını izləmək və plan-fakt təhlilləri aparmaq;
Mədən layihələrinin, qazma-partlayış layihələrinin, istehsalat planlarının və digər texniki sənədlərin hazırlanmasında iştirak etmək, onların istehsalatda düzgün tətbiqinə nəzarət etmək;
Mədən yollarının, iş meydançalarının, bermaların, rampaların, yamacların, drenaj sistemlərinin və digər istehsalat sahələrinin layihə parametrlərinə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Surpac, Micromine, AutoCAD və digər mədən proqramlarından istifadə etməklə mədən planlarını hazırlamaq, yeniləmək və istehsalat məlumatlarını təhlil etmək;
İstehsalat göstəricilərini, texnika məhsuldarlığını və əməliyyat məlumatlarını təhlil etmək, texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Qazma-partlayış işlərinin layihəyə uyğun icrasına nəzarət etmək, nəticələri qiymətləndirmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
İstehsalat proseslərində yaranan texniki problemləri təhlil etmək, onların aradan qaldırılması və istehsalatın səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq;
Kiçik Mədən Mühəndislərinin fəaliyyətini əlaqələndirmək, onlara metodiki və texniki dəstək göstərmək;
Geologiya, Topoqrafiya, Geotexnika, Emal, Texniki Xidmət və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək grade control proseslərini, filizin selektiv hasilatını, mədən ölçmələrini və geotexniki tövsiyələrin icrasını koordinasiya etmək;
Tələblər
Mədən Mühəndisliyi üzrə ali təhsil;
İş təcrübəsi arzuolunandır (mədən sənayesində təcrübə üstünlük hesab olunur);
Açıq mədən işlərinin planlaşdırılması və təşkili üzrə biliklər;
Qazma-partlayış, yükləmə, daşıma, filiz hasilatı və tullantı süxurlarının yerləşdirilməsi prosesləri üzrə biliklər;
Mədən planlarını, layihələrini, texniki çertyojları və istehsalat sxemlərini hazırlamaq və oxumaq bacarığı;
İstehsalat planlarının hazırlanması, plan-fakt təhlili və istehsalat göstəricilərinin qiymətləndirilməsi bacarığı;
Surpac, Micromine, AutoCAD və digər mədən proqram təminatları üzrə biliklər;
Mədən texnikalarının iş prinsipləri və məhsuldarlığının qiymətləndirilməsi üzrə biliklər;
İngilis və rus dili bilikləri üstünlük hesab olunur.
Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
İş yeri: Ağdərə (Dəmirli)
İş qrafiki: Növbəli rejim
Ağdərə (Dəmirli) iş sahəsi üzrə yaşayış və qidalanma təminatı;
Tibbi sığorta;
Rəqabətqabiliyyətli əməkhaqqı
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Topoqrafiya və geodeziya işlərində sahə və kameral dəstək göstərir, GPS və AutoCAD bilikləri tələb olunur.
Dağ-mədən planlarının hazırlanması və icrasına nəzarət edir, mədən planlaşdırma proqramlarını bilir.
Layihələrin konstruktiv cizgilərini hazırlayır və tikinti sahəsində nəzarət edir, 3 il təcrübə tələb olunur



