Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
· Sertifikatlar: Arzuolunan
· Operativ, dəqiq və məsuliyyətli olmaq.
· Komanda ilə işləmək bacarığı.
Tələblər
· Elektrikin təyin etdiyi grafik üzrə gündəlik elektrik avadanlıqlarının monitorinqini həyata keçirir;
· Müəssisədə mövcud elektrik avadanlıqları və qurğulara xidmət göstərmək;
· Xüsusi ləvazimatları və alətlərdən istifadə etməklə müxtəlif sabit və dəyişən cərəyan elektrik avadanlıqlarının təmiri üzrə işləri yerinə yetirmək;
· Elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlamaq və quraşdırmaq;
· Elektrik avadanlıqlarının cari və əsaslı təmirini icra etmək ;
· Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərini yerinə yetirilmək;
· Elektrik avadanlıqları və qurğularının təmirdən sonra sınaqdan keçirilməsi və sazlanması işlərinin görülməsi, onların istismara buraxılmağa hazırlanması;
· Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə məsuliyyətlə yanaşmaq;
· Əməyin mühafizəsi, yanğından mühafizə normaları, texniki təhlükəsizlik qaydalarına raiyət etmək;
· Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.
Şirkət haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunur. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 40 milyon manatadək investisiya qoyulması gözlənilir. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tədbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılmış, 1000 başlıq müasir heyvandarlıq kompleksinin və gücü saatda 5 ton olan yem zavodunun tikintisi yekunlaşmaq üzrədir, ikinci mərhələ üzrə isə 10 ha sahədə müasir istixana (şüşə örtüklü) kompleksinin, gündəlik emal gücü 50 ton olan süd zavodunun və 60 ha meyvə bağının salınması nəzərdə tutulur. Təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu tikilmiş, əraziyə 5 km məsafədən qaz xətti çəkilmiş, 4.9 km məsafədən elekrtrik xəttinin çəkilməsi həyata keçirilir. “Aqrolizinq” ASC vasitəsilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmış, birinci və ikinci mərhələ üzrə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələrin təsərrüfata gətirilməsi təmin edilmişdir.
Yalama Agropark LLC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


