Elektrik montyoru (işarəvermə və rabitə xidməti, ANM sahəsi)

Bakı Metropoliteni

Vakansiya haqqında

“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün İşarəvermə və Rabitə Xidmətinin Rabitə və ANM (Avtomatik nəzarət məntəqəsi) sahəsi üzrə elektrik montyoru axtarırıq.

Namizəd metropoliten infrastrukturunda rabitə sistemlərinin və ANM qurğularının fasiləsiz, təhlükəsiz işləməsini təmin etmək üçün texniki xidmət, montaj, ölçmə və təmir işlərini icra edəcəkdir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Rabitə və ANM qurğularına müəyyən olunmuş texnoloji proses qrafiki üzrə mütəmadi texniki xidmət göstərmək;
  • Telefon, dispetçer, radio və digər xüsusi rabitə avadanlıqlarının fasiləsiz işləməsinə nəzarət etmək;
  • Qurğuların işində baş verən pozuntuların səbəbini araşdırıb tapmaq, nasazlıqları operativ aradan qaldırmaq və normal iş rejimini bərpa etmək;
  • Rabitə və ANM qurğularının quraşdırılması, montajı, yoxlanması, tənzimlənməsi, təmiri və yeni texnikanın tətbiqi işlərində iştirak etmək;
  • Rabitə xətlərində gərginlik, müqavimət və izolyasiya göstəricilərini müvafiq ölçü cihazları ilə ölçmək və nəticələrin normalara uyğunluğunu yoxlamaq;
  • Sahənin elektrik mexanikinin, böyük elektrik mexanikinin və yuxarı rəhbərliyin göstərişlərini yerinə yetirmək, aşkar olunan nöqsanları aradan qaldırmaq;
  • Cihazların və xətlərin vəziyyəti, eləcə də baş vermiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək və texniki jurnallarda müvafiq qeydlər aparmaq;
  • Əmək və texnoloji intizama, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;

Namizədlərdən tələblərimiz

  • Rabitə, telekommunikasiya, radiotexnika, elektrotexnika və ya digər müvafiq texniki sahələr üzrə orta ixtisas və ya peşə təhsili (ali təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili olduqda iş stajı tələb olunmur, müvafiq təhsil olmadıqda isə istehsalatda 6 aydan az olmayaraq iş stajı tələb olunur;
  • Rabitə və ANM avadanlıqlarının quruluşunu, iş prinsipini, qidalanma sxemlərini, montaj və prinsipial sxemlərini oxumaq bacarığı;
  • Müvafiq əl alətləri və ölçü cihazlarından (voltmetr, ampermetr, meqometr və s.) istifadə etmək qaydaları üzrə biliklər;
  • Texniki sənədləşmə və jurnalların aparılması qaydaları ilə tanışlıq;
  • Komandada işləmək bacarığı, öyrənməyə həvəs, operativlik və yüksək məsuliyyət hissi;
  • Növbəli iş qrafikində (o cümlədən gecə növbələrində tunel şəraitində) işləmək qabiliyyəti və fiziki dözümlülük;
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5508 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Son tarix
11 sentyabr 2026

Şirkət haqqında

Bakı Metropoliteni
Rail Transportation · Baku
Bakı Metropoliteni — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Royal Park Baku
Junior · 1 il
750

Santexnik kimi müxtəlif santexnik işlərini görür və texniki təmir bacarığı tələb olunur.

Technical MaintenancePlumbingInstallationRepair+3
Müraciət etAsan müraciətAsan müraciət
AzerBlast MMC
Middle · 5+ ilGəncə
Maaş göstərilməyib

Elektrik və mexaniki sistemlərin təmiri və texniki xidmətini həyata keçirir, 5 il təcrübə tələb olunur.

AutoCADTechnical DocumentationElectrical MaintenanceMechanical Maintenance+4
Müraciət etAsan müraciətAsan müraciət
AzerBlast MMC
Middle · 5+ il
Maaş göstərilməyib

Elektrik və mexaniki sistemlərin təmiri və texniki xidmətini həyata keçirir, 5 il təcrübə tələb olunur.

AutoCADTechnical DocumentationElectrical MaintenanceMechanical Maintenance+4
Müraciət etAsan müraciətAsan müraciət

Montajçı

500–1 000

Domofon sistemlərinin quraşdırılması və texniki xidmət üçün montaj sahəsində təcrübə tələb olunur.

Technical MaintenanceTeamworkResponsibilityInstallation+2
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektrik montyoru (işarəvermə və rabitə xidməti, ANM sahəsi)
Müraciət et