Elektrik panolarının yığılması, montajı və nasazlıqların aradan qaldırılması üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Elektrik və Plug-in Hibrid avtomobillərinin elektrik sistemlərinin diaqnostikası, texniki xidməti və təmirinin həyata keçirilməsi;
- Yüksək gərginlikli (High Voltage) sistemlərin və komponentlərin texniki vəziyyətinin yoxlanılması;
- Yüksək gərginlikli batareya sistemi, inverter, elektrik mühərriki və digər əlaqəli komponentlərin diaqnostikası;
- 12V elektrik sistemi, akkumulyator və digər elektrik avadanlıqlarının yoxlanılması və təmiri;
- Elektrik naqilləri, konnektorlar, qoruyucular, relelər və digər elektrik komponentlərində yaranan nasazlıqların müəyyən edilməsi;
- Diaqnostika cihazlarından istifadə etməklə sistem xətalarının müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Elektrik sxemlərinin oxunması və texniki təlimatlara uyğun təmir işlərinin aparılması;
- Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə yüksək gərginlikli sistemlərlə işləmə tələblərinə riayət edilməsi;
- Görülmüş işlərin istehsalçı standartlarına uyğun və yüksək keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
- Avtomobil elektrik sistemləri üzrə peşəkar bilik;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin konstruksiyası və iş prinsipi barədə bilik;
- Yüksək gərginlikli avtomobil sistemləri ilə işləmə təcrübəsi;
- Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
- Kompüter diaqnostikası və servis avadanlıqlarından istifadə bacarığı;
- Multimetr və digər ölçü cihazları ilə işləmək bacarığı;
- Nasazlıqların səbəbini müəyyənləşdirmək və texniki həll yolu tapmaq bacarığı;
- Texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
- İstehsalçıya məxsus diaqnostika proqramları ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Elektrik sistemləri üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik texniki üzrə bazar adətən 900–1 300 ₼ ödəyir, median — 1 200 ₼.
19 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik texniki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Badamdar qəsəbəsində yerləşir.
İş rejimi həftədə 6 gün, istirahət günü bazar günüdür.
Minimum 3 il rəsmi iş təcrübəsi tələb olunur.
Avtomobil elektrik sistemləri, yüksək gərginlikli sistemlər, diaqnostika və təmir bacarıqları tələb olunur.
CV-lər e-mailin mövzu hissəsində “Elektrik sistemləri üzrə usta” qeyd edilməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik texniki üzrə Bakıda digər açıq elanlar.
Elektrik texniki olaraq elektrik quraşdırma işlərini və təhlükəsizlik tədbirlərini həyata keçirir.
Elektrik avadanlıqlarının quraşdırılması və təmiri üzrə iş təcrübəsi tələb olunur.
Oteldə elektrik işlərini yerinə yetirir və elektrik naqillərinin təhlükəsizliyinə nəzarət edir.



