Elektrik avadanlıqlarının texniki baxışını və təmirini standartlara uyğun həyata keçirir.
Vakansiya haqqında
PAŞA Property Management “İstismar xidmətləri üzrə texnik (elektrik)" vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Təyin edilmiş bütün elektrik işlərini standartlara uyğun olaraq yerinə yetirmək;
- Bütün elektrik paylayıcı qurğuları və paylayıcı şəbəkələr və sistemləri yoxlamaq, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək; Bütün işıqlanlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırılma vasitələrini yoxlamaq, dəyişdirmək, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
- Fövqəladə yaxud qəza hallarında istifadə edilən elektrik enerjisi və kəsintisiz elektrik enerjisi təminatı sistemlərinə texnik baxış keçirmək;
- Elektrik motorlarına və nəzarət panellərinə texniki xidmət göstərmək;
- Bütün elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;
- İşdə bütün SƏTƏMM norma və qaydalarından məlumatlı olmaq və onlara riayət etmək.
Şirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
PASHA Property Management — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Elektrik avadanlıqlarının texniki baxışını və təmirini həyata keçirir, 3+ il təcrübə tələb olunur.
Elektrik sistemlərin yoxlanılması, təmiri və yeni avadanlıqların quraşdırılması üçün 3-4 il təcrübə tələb olunur.
Dənizdə elektrik avadanlıqlarının təmiri və texniki xidmətini həyata keçirir, elektrik bilikləri tələb olunur.


