Vakansiya haqqında

Şöbə: Elektrik və Avtomatika

Əsas vəzifələr:

  • Yarımstansiyalarda və digər yüksək, orta və alçaq gərginlikli elektrik avadanlıqların sökülməsi, yığılması, onların əsaslı və cari təmirini aparır.
  • Elektrik avadanlıqların fasiləsiz və keyfiyyətli işini təşkil edir, bunun üçün onların düzgün quraşdırılmasını və xidmətini təmin edir.
  • Yüksək orta və alçaq gərginlikli mühərriklərin mərkəzləşdirilməsi, həmçinin digər avadanlıqlarının sxemlərə uyğun quraşdırılması, onlarda olan defektlərin və nasazlıqları təyin edilməsi və aradan qaldırılması üçün tədbirlər görür
  • Yüksək orta və alçaq gərginlikli mühərriklərin, həmçinin digər avadanlıqlarının təmirindən sonra onların ayrı-ayrı parametrlərinin normaya uyğun olub olmamasını yoxlamaq məqsədilə sınaqların keçirilməsində iştirak edir.
  • Zavodda fəaliyyət göstərən bütün kabel xəttlərinin təmirini, onların montaj və demontaj olunmasını, birləşmə və sonluq muftalarının salınmasıni həyata keçirir.
  • Yüksək orta və alçaq gərginlikli yüksəklikdə olan hava xəttlərinin təmir işlərini aparır, həmçinin onların gərginlikdən azad etməsini və qoşulmasını həyata keçirir
  • İşlək və ehtiyat operativ gərginlik mənbələrinin vəziyyətini daima nəzarət altında saxlayır
  • Avadanlığın rele mühafizə sxemlərinin yoxlanılması, onların təmir olunması və quraşdırılması işini aparır
  • Yarımstansiyalarda və digər elektrik otaqlarda avtomatların, ayırıcı və kəsicilərin elektrik intigallarının, alçaq yüksək və orta gərginlik açarlarının tənzimlənməsi, dəyişdirilməsi və təmiri işlərini aparır
  • Elektrik avadanlıqlarının əsaslı və cari təmirindən sonra onların kompleks sınaqdan çıxarılmasını və onların ekspluatasiyaya buraxılmasına hazırlamaq işini həyata keçirir.
  • Alətlərdən, cihazlardan, qoruyucu vasitələrdən səmərəli istifadə edir və onları tələb olunan qaydada saxlayır.
  • İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
  • Yarımstansiyanın və digər elektrik otaqlarının təmizliyinə cavabdehdir
  • Quru üsulla işləyən yeni sobanın texnoloji xəttindəki elektrik avadanlıqlarının təmirində, təftişində və istismarında iştirak edir.
  • Elektrik-montaj işlərini görür.
  • Zəruri hallarda növbəli iş rejimi ilə işləyir
  • Zavod ərazisində olan yarımstansiyalarda və elektrik otaqlarda yüksək, orta və alçaq gərginlik avadanlıqlarda təmir işləri yerinə yetirir.
  • Nəzarət Ölcü Cihazlarına aid işləri yerinə yetirir.
  • Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək

Tələb olunan keyfiyyətlər:

  • Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və istismarı üzrə peşə və ya orta ixtisas təhsili
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Maraqlananlar CV – lərini, mövzu hissəsində “Təmir üzrə Elektrik Montyoru” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Holcim
Building Materials · Baku
Holcim — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

950

Elektrik avadanlıqlarının təmiri və quraşdırılması işlərini görür, elektrik təmiri bacarığı tələb olunur.

Electrical Equipment RepairCable InstallationElectrical SafetyElectrical Equipment Assembly+4
Müraciət et
iVolt
JuniorBakı
Maaş göstərilməyib

Elektrik avadanlıqlarının texniki istismarı və təmiri ilə məşğul olmaq üçün elektrotexnika bilikləri tələb olunur

Electrical Equipment RepairTechnical DocumentationElectrical Systems MaintenanceReading electrical schematics+4
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Zavodun elektrik avadanlıqlarının təmiri və xidmətini təmin etmək üçün elektrik bilikləri tələb olunur.

Preventive MaintenanceTechnical DocumentationElectrical Equipment MaintenanceElectrical circuit reading+3
Müraciət et
Maaş göstərilməyib

Elektrik avadanlıqlarının gündəlik texniki istismarını və təmirini təşkil etmək bacarığı tələb olunur.

Preventive MaintenanceLoad BalancingElectrical Equipment MaintenanceFault Diagnosis+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təmir üzrə elektrik montyoru
Müraciət et