Elektrik sistemlərinin təmiri və saxlanması ilə məşğul olur, elektrik ixtisası üzrə təhsil tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Elektrik işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq norma, prosedur və keyfiyyət tələblərinə uyğun icra etmək;
- İş yerində təhlükəsizliyin təmin olunması, elektrik alət və avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
- Elektrik naqillərinin çəkilməsi, kabel tavalarının quraşdırılması, elektrik sxemləri üzrə birləşdirmə və bağlantı işlərini yerinə yetirmək;
- Elektrik avadanlıqları, kabellər və bağlantılar üzərində sınaq işlərini aparmaq;
- Elektrik avadanlıqlarının, naqillərin növləri, gərginlik mənbələri və onların texniki göstəriciləri barədə biliklərdən istifadə etmək;
- İş sahəsini istehsalat tullantılarından təmiz saxlamaq və tullantıları müəyyən edilmiş qaydada toplamaq;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə peşə təhsili və ya iş təcrübəsi;
- Elektrik montaj işləri üzrə minimum 3 il iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma və montaj işlərini yerinə yetirmə bacarığı;
- Elektrik alət və avadanlıqları ilə işləmək bacarığı;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Sahə şəraitində işləmək bacarığı.
Günəş paneli layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti
- İş yeri: Cəbrayıl rayonu
- İş qrafiki: 12 gün iş / 3 gün istirahət (08:00-18:00)
- Nahar, yaşayış və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Cəbrayıl rayonundadır.
İş qrafiki 12 gün iş, 3 gün istirahət, saat 08:00-18:00-dır.
Elektrik montaj işləri üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik ustası üzrə Bakıda digər açıq elanlar.
Elektrik ustası kimi tikinti sahəsində işləri yerinə yetirir.
Elektrik və təmir işlərini həyata keçirir, 30-60 yaş arası namizədlər tələb olunur.
Bina daxilində elektrik və işıqlandırma sistemlərinin montajını həyata keçirmək üçün elektrik təhsili və təcrübəsi tələb olunur.



