Vakansiya bağlanıb

Bu elan artıq aktiv deyil. Aşağıda Elektrik və avtomatika üzrə mühəndis üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.

Vakansiya haqqında

  • Yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularına texniki xidmət göstərmək
  • Mühafizə qurğularının selektivişləmə sxemini tərtib etmək üçün müvafiq tədbirlə rgörmək
  • Mühafizə avadanlıqlarının aylıq, illik təmir qrafiklərini tərtib etmək, profilaktik yoxlama aparmaq;
  • İstismara aid direktiv materiallarda göstərilən tədbirlərin vaxtında yerinə yetirilməsi
  • Rele mühafizə və avtomatika qurğularında qoyuluş qiymətlərinin qoyulması və tənzimlənməsi
  • İstismarda olan bütün mühafizələrin iş prinsipini, yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularının və dövrələrin sxemlərini qurmaq
  • Qəza rejimləri üçün mühafizənin qoyuluş qiymətləri,təlimatlarının hazırlanması
  • Yarımstansiyada baş verən qəzaların, işdə imtinaların və başqa nasazlıqların hesabatının aparılması və araşdırılması, istehsalat xidmətləri və müfəttişliklə birlikdə əks-qəza tədbirlərinin tərtibedilməsi və onların göstərilən müddətdə yerinə yetirilməsi
  • Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi
  • Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi
  • Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi vəa vtomatika qurğularının bütün növlərinin təmiri
  • Elektron-ölçü aparatları, osilloqraflar, yüksəktezlikölçənləri və generatorları ilə işləmək
  • Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması
  • Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi
  • Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması
  • Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli

Xüsusi tələblər

  • Təhsil Pilləsi:Bakalavr
  • İxtisası:Elektroenergetika mühəndisliyi
  • İş təcrübəsi:5 il
  • Sertifikatlar:Sahə üzrə sertifikat üstünlükdür

Tələb olunan kompyuter bilik səviyyəsi:

  • MS Office
  • ABB PCM600,Schneider Easergy Studio,Siemens Siprotect5,Omicron CMC 356 Test Universe

Tələb olunan xarici dil bilik səviyyəsi:

  • Rus dili,İngilis dili
Müraciət üçün (CV):
Yerləşmə
İmişli
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 avqust 2026
Dillər
Russian, English
Baxış
19

Şirkət haqqında

Azerenerji
Energy · Baku
Azerenerji — bütün vakansiyalar

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Elektrik və avtomatika üzrə mühəndis üzrə İmişli şəhərində digər açıq elanlar.

Airswift
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Dəniz gəmilərinin elektrik və avtomatlaşdırma sistemlərinin texniki dəstəyini göstərmək üçün 3 il təcrübə tələb olunur.

Bill of MaterialsCommissioningElectrical MaintenanceElectrical Systems Knowledge+28
Müraciət et

Mühəndis

Maaş göstərilməyib

Lokomotiv deposunun texniki təchizatını inkişaf etdirmək və təmir proseslərini idarə etmək bacarığı tələb olunur.

Preventive Maintenance PlanningTechnical Equipment MaintenanceProject PlanningTechnical documentation preparation
Müraciət et
Bütün oxşar vakansiyalar