Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Elektrik ustasının rəhbərliyi altında elektrik quraşdırma, təmir və texniki xidmət işlərində iştirak etmək.
- Elektrik kabellərinin, naqillərinin və digər elektrik avadanlıqlarının daşınması, hazırlanması və quraşdırılmasına kömək etmək.
- Elektrik avadanlıqlarının sökülməsi, yığılması və quraşdırılması zamanı yardımçı işləri yerinə yetirmək.
- İş üçün tələb olunan alət, avadanlıq və materialları hazırlamaq, iş başa çatdıqdan sonra səliqəli şəkildə toplamaq.
- Elektrik xətlərinin çəkilməsi və kabel kanallarının hazırlanması işlərində iştirak etmək.
Tələblər:
- Təhsil: Orta və ya ali təhsil
- İş stajı: Elektrik köməkçisi kimi azı 2 il təcrübə
Əmək haqqı: 850-900 AZN
İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- Bu vakansiya 2 aylıq layihə üzrə nəzərdə tutulmuşdur. Layihənin başa çatması ilə əlaqədar əmək münasibətləri layihə müddətinə uyğun tənzimlənəcək.
- İş yerinin ünvanı: Şirvan (Şirvan ərazisinə yaxın ərazilərdə yaşayan namizədlər arzuolunandır)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Elektrik köməkçisi (Şirvan şəhəri)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
850–900 ₼
Yerləşdirilib
6 avqust 2026
Son tarix
6 sentyabr 2026
Şirkət haqqında
Amal Group
Tikinti, Mühəndislik xidmətləri · Baku
AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik…
Amal Group — bütün vakansiyalar