Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 iyul 2026
Dillər
English, Russian, Azerbaijani

Vakansiya haqqında

Seysmik layihələrin tam həyat dövrünün, o cümlədən layihələndirmə, məlumatların əldə olunması, emalı, təkrar emalı, interpretasiyası və yekun nəticələrin təhvil verilməsi proseslərini koordinasiya və idarə etməkSeysmik məlumatların əldə olunması, seismic imaging, interpretasiya və kollektorların xarakterizasiyası üzrə işlərə texniki rəhbərlik və keyfiyyət təminatı vermək2D və 3D seysmik məlumatların emalı prosesinə bütün mərhələlər üzrə nəzarət etmək və yüksək keyfiyyətli nəticələrin əldə olunmasını təmin etməkEmal qraflarının optimallaşdırılması, səs-küyün azaldılması və siqnal keyfiyyətinin artırılması məqsədilə seysmik emal komandaları ilə əməkdaşlıq etməkQırılmaların, horizontların və geoloji xüsusiyyətlərin müəyyən edilməsi üçün struktur və stratiqrafik seysmik interpretasiya aparmaqSeysmik atributları quyu məlumatları, petrofiziki göstəricilər və geoloji modellərlə inteqrasiya edərək kollektorların daha dəqiq xarakterizasiyasını təmin etməkSeysmik və dayaz geotəhlükələrə (SHA) aid məlumatların inteqrasiyası əsasında geotəhlükələrin təhlili və risk qiymətləndirilməsində iştirak etməkQuyuların layihələndirilməsi və planlaşdırılması proseslərinə geofiziki və geoloji baxımdan texniki dəstək verməkGənc geofiziklərin və multidissiplinar komandaların peşəkar inkişafına dəstək göstərmək, innovasiya və davamlı inkişaf mədəniyyətinin formalaşmasına töhfə verməkTexniki seminarlar, texniki baxışlara rəhbərlik edərək təcrübə və əldə olunmuş nəticələrin paylaşılmasını təmin etmək Xüsusi tələblər Geofizika ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)Neft-qaz sənayesində geofiziki interpretasiya və seysmik məlumatların təhlili sahəsində minimum 5 il iş təcrübəsi2D və 3D seysmik interpretasiya, seysmik–quyu korrelyasiyası, struktur və stratiqrafik xəritələşdirmə, eləcə də perspektiv strukturların qiymətləndirilməsi üzrə praktiki təcrübəAVO analizi, seysmik inversiya və seysmik atributların təhlili daxil olmaqla kəmiyyət seysmik interpretasiya metodları üzrə biliklərGeoloji, geofiziki, petrofiziki və quyu məlumatlarının inteqrasiyası üzrə praktiki bacarıqPetrel proqramı və digər sənaye standartı geofiziki proqram təminatları ilə işləmək bacarığı (digər interpretasiya platformaları üzrə təcrübə üstünlükdür)Güclü analitik düşünmə, texniki qərarvermə bacarıqlarıİngilis dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdürYüksək səviyyədə ünsiyyət, texniki hesabatların hazırlanması bacarığıMultidissiplinar komandalarla səmərəli əməkdaşlıq və eyni vaxtda bir neçə layihəni planlaşdırıb idarə etmək bacarığı

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş geofizik
Müraciət et