Operatorun tapşırıqlarını vaxtında və düzgün icra etmək üçün bantlama dəzgahına kömək edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
- Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
- Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
- Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
- Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
- Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
- Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.
Tələblər
- Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
- Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
- Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
- Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
- İngilis dili biliyi üstünlük hesab olunur.
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti və şərtləri
- İş yeri: Ağdərə, Azərbaycan;
- İş qrafiki: Növbəli iş rejimi;
- Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Ağdərə, Azərbaycan şəhəridir.
İş növbəli iş rejimində təşkil olunur.
Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya əlaqəli ixtisas üzrə bakalavr təhsili tələb olunur.
Məcburi köçkün namizədlərə üstünlük verilir və ingilis dili biliyi üstünlük hesab olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGeotexniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Yanğınsöndürən balonların doldurulması və texniki baxışı üzrə iş görür, fiziki işə uyğunluq tələb olunur.
Avtomobillərin yuyulması və təmizlənməsi işlərini görür, 1 ildən artıq təcrübə tələb olunur.
Oteldə elektrik işlərini yerinə yetirir və elektrik naqillərinin təhlükəsizliyinə nəzarət edir.



