Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Proqram haqqında qısa məlumat:
"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir. Proqram, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında keçirilir və proqramda iştirak edən namizədlərə təlim müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.
Proqramın müddəti: 21-24 ay
Tədris dili: İngilis dili
Tələblər
İngilis dili biliyi: B1 və ya daha yüksək səviyyədə;
Riyaziyyat/Cəbr biliyi: Minimum orta məktəb proqramı səviyyəsində;
Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində və daha yüksək;
Yaş: 18-32 yaş arası.
Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.
MAA Texniki Xidmət üzrə Təlimləri haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.
"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

