Tikinti layihələrinin dizayn və texniki layihələndirilməsini həyata keçirir, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
Şirkətimizə tikinti və texniki işlərin keyfiyyətinə, layihə və normativ tələblərə uyğun icrasına nəzarət edəcək, işlərin gedişatını izləyəcək və texniki sənədləşməni idarə edəcək təcrübəli və məsuliyyətli İnşaat Mühəndisi tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Layihə və Smeta İdarəçiliyi: Layihə-smeta sənədlərinin hazırlanması, təhlil edilməsi, yoxlanılması və layihənin smetaya uyğunluğunun təmin edilməsi;
- Həcm və Qiymətləndirmə: Tikinti materiallarının və görüləcək işlərin həcm hesablamalarının aparılması, həmçinin bazar qiymətlərinə uyğun iş həcmlərinin qiymətləndirilməsi;
- Podratçıların İdarə Edilməsi: Podratçı və subpodratçı şirkətlərdən gələn təkliflərin qiymətləndirilməsi, müqayisəli cədvəllərin qurulması və onların sahədəki fəaliyyətinin koordinasiyası;
- Sahə Nəzarəti və Koordinasiya: Tikinti işlərinin layihə, texniki tələb və keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət edilməsi, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasının izlənilməsi;
- Sənədləşmə və Hesabatlıq: Sahədən gələn hesabatlar əsasında aylıq yerinə yetirilmiş işlərin yoxlanılması, Forma №2 sənədlərinin hazırlanması və rəhbərliyə mütəmadi hesabatların verilməsi;
- Yazışmalar və Kommunikasiya: Sifarişçi və ya digər aidiyyatı qurumlardan daxil olan rəsmi məktubların cavablandırılması və müraciət məktublarının tərtib edilməsi;
- Planlama və Problemlərin Həlli: Layihə üzrə iş qrafikinin və büdcənin hazırlanması, icrasına və xərclərinə nəzarət edilməsi, yaranan problemlərin operativ şəkildə həll olunması.
Namizədə Dair Tələblər:
- Təhsil və Təcrübə: İnşaat mühəndisliyi sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi;
- Proqram Bilikləri: MS Office (Word, Excel) proqramlarından sərbəst istifadə, AutoCAD və digər mühəndis proqramlarında layihə və çertyojları mükəmməl oxumaq, lazımi düzəlişləri etmək bacarığı;
- Şəxsi Keyfiyyətlər: Məsuliyyətli, diqqətli, komandada işləmək və problemləri operativ həll etmək bacarığı;
- Yaş Həddi: 25 - 42 yaş;
- Cinsi: Bəy namizəd.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İnşaat mühəndisi üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 1 875 ₼.
14 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İnşaat mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İnşaat mühəndisliyi sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Namizədin yaşı 25-dən 42-yə qədər olmalıdır.
MS Office proqramlarından sərbəst istifadə və AutoCAD bilikləri tələb olunur.
Namizəd kişi olmalıdır.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİnşaat mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin icrasını planlaşdırır, keyfiyyətə nəzarət edir və 3 ildən çox təcrübə tələb olunur.
Tikinti mühəndisi kimi metal konstruksiya və dəmir-beton işlərinə nəzarət edir, rus dilini yaxşı bilməlidir.
Layihə sənədlərini hazırlayır, smeta və AutoCAD bilikləri ilə 3 il təcrübəsi var.



