AutoCADRevitTechnical Documentation
Yerləşmə
Bakı
Təcrübə
7–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq. Xüsusi tələblər AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; texniki sənədlərin hazırlanması üçün Word və Excel.Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AutoCADRevitMicrosoft Office
AutoCADRevitSAP2000
AutoCADBuilding CodesStructural Design
