Vakansiya haqqında

  • Proses şəraiti, hasilat göstəriciləri, maye tərkibi və laboratoriya nəticələri əsasında kimyəvi məhsulların seçilməsini və optimal vurulma dozalarını müəyyən etmək
  • Emulsiya, hidrat, duzçökmə, korroziya, mikrobioloji çirklənmə, köpüklənmə, parafin, asfalten və hidrogen-sulfidlə bağlı problemləri araşdırmaq və müvafiq texniki həllər hazırlamaq
  • Neft, qaz, lay suyu, hasilat suyu və suvurma suyunun nümunə götürmə və analiz proqramlarını hazırlamaq, nəticələrin keyfiyyətini və etibarlılığını qiymətləndirmək
  • Hasilat və suvurma suyunun keyfiyyət göstəricilərini, o cümlədən neft miqdarı, asılı hissəciklər, həll olmuş oksigen, bakteriya, dəmir və duzçökmə potensialını təhlil etmək
  • Kimyəvi məhsulların effektivliyini və uyğunluğunu qiymətləndirmək məqsədilə laboratoriya və sahə sınaqlarını planlaşdırmaq, nəticələri təhlil etmək və tətbiq qərarlarını əsaslandırmaq Kimyəvi vurma sistemlərinin faktiki iş rejimini və vurulan miqdarları qiymətləndirmək, hədəf doza ilə faktiki doza arasındakı uyğunsuzluqların aradan qaldırılmasına texniki dəstək göstərmək
  • Kimyəvi maddələrin seçilməsi üzrə texniki spesifikasiyaları və qəbul meyarlarını hazırlamaq, texniki-kommersiya təkliflərini və təchizatçı sənədlərini qiymətləndirmək Kimyəvi məhsulların yeni partiyalarının keyfiyyətinə, uyğunluğuna və saxlanma müddətinə dair sənədləri yoxlamaq, zərurət yarandıqda giriş keyfiyyət yoxlamalarını təşkil etmək
  • Kimyəvi maddələrin seçilməsi və vurulması proqramlarında dəyişikliklərin Dəyişikliklərin İdarə Olunması (DİO/MOC) və risk qiymətləndirmə prosesləri çərçivəsində idarə olunmasını təmin etmək
  • Kimyəvi maddələrin təhlükəsizlik məlumat vərəqlərini, saxlanma, daşınma, qarışdırma və istifadə tələblərini qiymətləndirmək, müvafiq təhlükəsizlik və ətraf mühit tələblərinin tətbiqinə dəstək göstərmək

Xüsusi tələblər

  • Kimya, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və ya digər əlaqəli texniki sahə üzrə ali təhsil
  • Hasilat kimyası sahəsində 5 ildən artıq iş təcrübəsi
  • Neft-qaz hasilatı kimyası, kimyəvi maddələrin seçilməsi və vurulması proqramları və hasilat məhsullarının xüsusiyyətləri üzrə güclü praktiki biliklər
  • Kimyəvi məhsulların seçilməsi, optimal vurulma miqdarının müəyyənləşdirilməsi, laboratoriya və sahə sınaqlarının planlaşdırılması üzrə praktiki biliklər
  • Neft, qaz, hasilat suyu və suvurma suyu analizlərinin nəticələrini şərh etmək və müvafiq emal proqramlarında tətbiq etmək bacarığı
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
  • Problemlərə yaradıcı və praktiki həll yolları tapmaq və komandada effektiv işləmək bacarığı
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, English

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Göstərilməyib
Hasilat üzrə böyük kimyaçı
Müraciət et