Vakansiya haqqında

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalar və istehsalat xidmətinə tornaçı axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir..

Sizi hansı öhdəliklər gözləyir?

  • Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
  • Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
  • İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
  • İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
  • Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.

Namizədlərdən tələblərimiz

  • 25-45 yaş aralığında olmalı;
  • Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;
  • Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
  • Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;
  • Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz: https://hr.metro.gov.az/vacancy/5540

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 sentyabr 2026
Son tarix
4 oktyabr 2026
Baxış
28

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 550–1 100 ₼ ödəyir, median — 670 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

35 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maşın operatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Bakı Metropoliteni
Rail Transportation · 5000 + · Baku
Bakı Metropoliteni — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı tələb olunur.

Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat tələb olunur.

İş fəaliyyəti təsdiq olunmuş vəzifə təlimatına və daxili nizam-intizam qaydalarına uyğun həyata keçirilir.

Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maşın operatoru üzrə Bakıda digər açıq elanlar.

700₼

Boya prosesini idarə edir, polimer örtüklü dəzgahı nəzarətdə saxlayır və texniki bilik tələb olunur

Quality ControlProcess MonitoringEquipment MaintenanceWorkplace Cleanliness
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AZFEN MMC
MiddleBakı
Maaş göstərilməyib

Çənlərin montajını və metal konstruksiyaların quraşdırılmasını texniki tələblərə uyğun həyata keçirir.

Metal structure installationTechnical Drawing ReadingUse of hand toolsSafety Compliance
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Starlinegroup MMC
Middle · 1+ ilBakı
800–1 500₼

Minik, yük və tikinti texnikalarının təkərlərini təmir edir, sürücülük vəsiqəsi tələb olunur.

Vehicle MaintenanceTire repairDriving License
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tornaçı
Müraciət et