Vakansiya haqqında

Konsept Memarı (Concept Architect)

Məkan: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat

Yaradıcılığınız memarlığa yeni baxış qazandırır? Gələcəyin məkanlarını formalaşdırmaq və innovativ layihələrin konsept mərhələsində iştirak etmək istəyirsiniz?

Project Bureau Azerbaijan (PBA) komandası olaraq peşəkar və yaradıcı Konsept Memarı axtarırıq.

Əsas vəzifələr
  • Layihələrin konsept və eskiz mərhələsində memarlıq həllərinin hazırlanması
  • Müştəri tələblərinin və layihə məqsədlərinin yaradıcı dizayn ideyalarına çevrilməsi
  • Eskizlər, moodboard-lar və vizual konseptlər vasitəsilə layihələrin təqdim edilməsi
  • Material seçimi, interyer və eksteryer dizayn prosesində iştirak
  • Müştəri və rəhbərlik tərəfindən verilən dəyişikliklərin konsept dizaynına tətbiqi
  • Layihə rəhbəri və aparıcı memarın tapşırıqlarının icrası
  • Layihənin ilkin mərhələlərində digər disiplinlər ilə koordinasiyanın təmin edilməsi
Tələblər
  • Memarlıq üzrə ali təhsil
  • Minimum 3 il peşəkar iş təcrübəsi
  • AutoCAD, SketchUp, Photoshop, render proqramları və digər qrafik proqramlarında işləmək bacarığı
  • Güclü yaradıcı və analitik düşüncə, estetik baxış və fəza hissi
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
  • Müştərilərlə birbaşa işləmək təcrübəsi
Üstünlük hesab olunur
  • İnnovativ və dayanıqlı dizayn yanaşmaları üzrə təcrübə
  • Güclü vizuallaşdırma və render bacarıqları
  • İngilis və rus dillərini bilmək
  • Xaricdə təhsil və ya beynəlxalq layihə təcrübəsi
  • Yeni texnologiyalara və rəqəmsal dizayn alətlərinə açıq olmaq
Biz nə təklif edirik?
  • Peşəkar və dinamik komandada çalışma imkanı
  • Güclü komanda ruhu və dəstəkləyici iş mühiti
  • Təcrübəli mütəxəssislərlə işləmək və davamlı inkişaf imkanı
  • Beynəlxalq layihələrdə iştirak
  • Karyera inkişafı və peşəkar yüksəliş üçün şərait
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri
  • 5 günlük iş qrafiki
Müraciət

Uyğun namizədlərdən CV və portfoliolarını hr@pba.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Mövzu hissəsində: Concept Architect qeyd etməyiniz xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Dillər
English, Russian

Şirkət haqqında

PBA CJSC
Architecture and Planning · 11-50 · Bakı
PBA CJSC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Senior · 5–6 il
Maaş göstərilməyib

İlkin konsepsiyadan tikinti icrasına qədər layihələndirmə və vizualizasiya üzrə təcrübəli memar axtarılır.

PlanningRevitAutoCADArchitectural Design+22
Müraciət etAsan müraciətAsan müraciət
stroymarket.az
Middle · 1–3 ilBakı
700–800

Sosial media strategiyasını hazırlayır, kreativ məzmun yaradır və peşəkar video redaktə bacarığı tələb olunur.

Content CreationArtificial IntelligenceCreative ThinkingTrend Analysis+22
Müraciət etAsan müraciətAsan müraciət
Rabitəbank ASC
Senior · 3+ il
Maaş göstərilməyib

Bankın daxili brendinqi və PR tədbirləri üçün 3D qrafik dizayn və animasiya hazırlayır, 3 ildən çox təcrübə tələb olunur.

BlenderCinema 4DLightingCreative Thinking+12
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Konsept dizayn memarı
Müraciət et