Vakansiya haqqında

Təsvir

  • Yeni mağazaların açılışı və mövcud mağazaların refit layihələri üçün memarlıq həllərinin hazırlanması;
  • Mağaza layout-larının, fasad və interyer dizaynlarının şirkət standartlarına uyğun işlənməsi;
  • AutoCAD və digər layihələndirmə proqramlarında layihələrin hazırlanması, texniki çertyoj və sənədlərin tərtib edilməsi;
  • Layihələrin tikinti, smeta, əməliyyat və digər aidiyyəti struktur bölmələri ilə koordinasiyasının təmin edilməsi;
  • Obyektlərə baxış keçirilməsi, ölçülərin götürülməsi və mövcud texniki vəziyyətin qiymətləndirilməsi;
  • Layihələrin tikinti norma və qaydalarına, eləcə də şirkət standartlarına uyğunluğuna nəzarət edilməsi;
  • Tikinti prosesində yaranan texniki problemlərin operativ həllində iştirak etmək və zəruri layihə dəyişikliklərini hazırlamaq;
  • Layihələrin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək;
  • Layihələndirmə prosesinin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları icra etmək.

Tələblər

  • Memarlıq, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Memarlıq layihələndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • AutoCAD proqramını yüksək səviyyədə bilmək;
  • SketchUp, Revit, 3Ds Max, Lumion və ya digər layihələndirmə/vizualizasiya proqramlarından ən azı birini bilmək üstünlükdür;
  • Tikinti norma və qaydaları üzrə biliklər;
  • Texniki çertyojların hazırlanması və oxunması bacarığı;
  • Analitik düşünmə, planlama və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək, koordinasiya və effektiv ünsiyyət bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığ
  • Yeni texnologiyaları və AI əsaslı layihələndirmə alətlərini öyrənməyə açıq olmaq
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və ya rus dili biliyi üstünlük hesab olunur.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Servis ximdəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
31 avqust 2026

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Az-Caspian CONSTRUCTION
Middle · 4–5 il
Maaş göstərilməyib

Memarlıq layihələrində işləmək və müasir dizayn trendlərini bilmək tələb olunur.

AutoCADAdobe PhotoshopRevitArchitecture+8
Müraciət etAsan müraciətAsan müraciət
North West
Senior · 5–6 il
Maaş göstərilməyib

İlkin konsepsiyadan tikinti icrasına qədər layihələndirmə və vizualizasiya üzrə təcrübəli memar axtarılır.

PlanningRevitAutoCADArchitectural Design+22
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihələndirmə üzrə memar
Müraciət et