Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Memarlıq layihələrinin konsept, eskiz və işçi layihələrinin hazırlanması;
  • Memarlıq planları, kəsiklər, fasadlar və detalların işlənməsi;
  • Layihələrin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
  • Layihə komandası, konstruktor və MEP mühəndisləri ilə koordinasiyalı işləmək;
  • Müəllif nəzarətində iştirak etmək və zərurət olduqda obyektə baxış keçirmək;
  • Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək.

Tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Memar vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • AutoCAD, ArchiCAD, RevitSketchUp proqramlarını yaxşı səviyyədə bilmək;
  • 3ds Max, Corona RenderLumion/Enscape proqramlarından birini bilmək üstünlükdür;
  • Adobe Photoshop proqramında işləmək bacarığı;
  • Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər;
  • İşçi layihələrinin hazırlanması üzrə praktiki təcrübə;
  • Məsuliyyətli, dəqiq, komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı (müsahibə əsasında);
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rahat və müasir iş mühiti;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda portfoliolarını mövzu hissəsində "Memar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət haqqında

Akad Group
Tikinti, Bina tikintisi · Baku

Əsas məqsədimiz, hazır təmirli ev, bağ və obyektlərin müştərinin tələb və zövqünə görə avropa standartlarına uyğun tikilib, eksteryer və interyer dizaynı tərəfimizdən edilib müştərilərə təhvil verilməsidir. Həmçinin, işlərimizin təhvil verilməsi prosesi də bizim üçün əhəmiyyətlidir. Biz, keyfiyyətli və sürətli şəkildə müştəriyə arzuladığı məkanı söz verdiyimiz vaxtda çatdırılması üçün ən yaxşı komanda ilə işləyirik. Təhlükəsizlik və keyfiyyətə xüsusi diqqət yetiririk.

Akad Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Baku City ResidencesBakıMiddle16 gün əvvəl
AutoCADRevitBuilding Code Compliance
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Memar
Müraciət et