Layihələrin sahədə icrasını təşkil etmək və komandanı idarə etmək tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt
Vəzifə öhdəlikləri
- Tikinti sahəsində memarlıq layihələrinin çertyojlara və təsdiq olunmuş planlara tam uyğun icra edilməsinə nəzarət;
- Layihə müəllifləri, mühəndislər və subpodratçılar arasında koordinasiyanın təmin edilməsi;
- Tikinti gedişatı zamanı ortaya çıxan memarlıq xarakterli problemlərin yerindəcə operativ həlli;
- Görülən işlərin keyfiyyətinə, memarlıq detallarına və materialların düzgün tətbiqinə nəzarət (müəllif nəzarəti).
Tələblər:
- Ali təhsil (Memarliq üzrə);
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- Tikinti sahəsində zəngin iş təcrübəsi;
- Memarlıq və işçi layihə çertyojlarını mükəmməl oxumaq və təhlil etmək bacarığı;
- Tikinti norma və qaydalarını (TNvQ) və sahə təhlükəsizliyi qaydalarını yaxşı bilmək;
- Liderlik, operativ qərarvermə və yüksək ünsiyyət qurmaq qabiliyyəti.
İş şəraiti
- Əməkhaqqı: Razılaşma yolu ilə (Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə əsasən)
- İş qrafiki: Tam iş günü (Tikinti sahəsi üzrə)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sahə Memarı Sumqayıt” Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam ixtisaslıdır: - Elektrik / Cihazlar /…
Modern Construction Group — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan Resursları şöbəsini idarə edir və əmək qanunvericiliyini yüksək səviyyədə bilir.
Tikinti sahəsində işlərin təşkilini və keyfiyyətli icrasını təmin etmək üçün 20 ildən çox təcrübə tələb olunur
Keyfiyyət strategiyaları və müştəri məmnuniyyətini təmin etmək üçün layihə keyfiyyətini idarə etmək.




