Layihələrin realizasiyasını və müəllif nəzarətini həyata keçirir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkət: Al Market MMC
Tələblər
- Memarlıq, İnşaat və ya müvafiq texniki ixtisas üzrə bakalavr ali təhsili;
- Təmir-tikinti və ya mağaza layihələrinin icrası üzrə iş təcrübəsi;
- Memarlıq layihələri, çertyojlar və texniki planların hazırlanması üzrə bilik;
- Təmir-tikinti işlərinin sahədə koordinasiyası və podratçıların idarə olunması bacarığı;
- Komanda ilə işləmək, operativ qərar qəbul etmək və texniki problemləri həll etmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri
- Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək;
- Sahədə ölçü işlərini aparmaq, memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq;
- Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun icrasına nəzarət etmək;
- Usta və podratçıların fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü təşkil etmək;
- Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin qarşılıqlı koordinasiyasını təmin etmək;
- Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək;
- İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Sahədə yaranan texniki və təşkilati problemləri operativ müəyyənləşdirmək və həll prosesini koordinasiya etmək;
- Mağazaların açılış tarixlərinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək;
- Sahədə görülən işlərin gedişatını mütəmadi izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək və layihə sənədlərinin düzgün formalaşdırılmasını təmin etmək;
- Layihələrin yekun təhvil-təslim prosesində iştirak etmək və işlərin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Bakı, AL Market MMC-nin Baş ofis
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Memar – AL Market MMC” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, AL Market MMC-nin Baş ofisindədir.
Həftə içi 5 gün işləmək tələb olunur.
Nəqliyyat dəstəyi mövcuddur.
Nahar şirkət tərəfindən təmin olunur.
Email-in mövzu hissəsində “ Memar – AL Market MMC ” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemarlıq rəhbəri üzrə Bakıda digər açıq elanlar.
Sahədə iş prosesini təşkil edir, briqadanı idarə edir və layihə sənədləri ilə işləməyi bacarır.
Tikinti işlərinin planlaşdırılması və icrasını təmin etmək üçün 3-5 il təcrübəsi olan inşaat mühəndisi.
Boya prosesini idarə edir, polimer örtüklü dəzgahı nəzarətdə saxlayır və texniki bilik tələb olunur



