Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Hündürmərtəbəli bina layihəsində Mərkəzi Chiller + Qazanxana, VRF, AHU, fan coil, istilik nasosları, zonalı su təchizatı, drenaj və BMS avtomatlaşdırma sistemlərinin quraşdırılmasına yerində (site supervision) nəzarət etmək.
  • İnşaat mərhələsində betonarmə rezervasiyalarının, boru keçidlərinin və şaxta ölçülərinin mexanika layihəsinə uyğunluğunu təmin etmək.
  • Revit MEP və Navisworks vasitəsilə mexanika sistemlərinin memarlıq, elektrik və inşaat layihələri ilə toqquşmalarını (clash detection) müəyyən etmək və həll etmək.
  • NFPA standartlarına (NFPA 13, 14, 88A, 92) uyğun olaraq sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və yeraltı parkinq CO ventilyasiya sistemlərinin düzgün quraşdırılmasına nəzarət etmək.
  • Mexanika bölməsi üzrə tender texniki şərtnamələrini hazırlamaq, gələn texniki təklifləri (bid evaluation) qiymətləndirmək və podratçı seçiminə texniki rəy vermək.
  • Podratçıların material təqdimatlarını (Material Submittal), iş üsulu bəyanatlarını (Method Statement) və keyfiyyət sertifikatlarını qiymətləndirərək təsdiq və ya rədd etmək.
  • Sistemlərin sınaq, tənzimləmə, balanslaşdırma (Testing, Adjusting, Balancing) və istismara vermə (Commissioning) proseslərində fəal iştirak etmək.
  • Mexaniki avadanlıqların səs izolyasiyası, vibrasiya yastıqları, elastik muftalar və akustik silencer tətbiqlərinin normativlərə uyğunluğuna nəzarət etmək.
  • As-Built (tikildiyi kimi) çertyojlarını, O&M kitabçalarını və sınaq protokollarını yoxlayıb arxivləşdirmək; MS Project və Power BI vasitəsilə dövri texniki hesabatlar hazırlamaq

Tələblər:

  • Təhsil: Ali (Mexanika mühəndisliyi üzrə (bakalavr / magistr)
  • Hündürmərtəbəli (100+ metr, 25+ mərtəbə) yaşayış, otel və ya qarışıq istifadəli layihələrdə ən azı 5 il (tərcihən 7+ il) tam ştat Mexanika Mühəndisi kimi iş təcrübəsi
  • Tərcihən PE (Professional Engineer) və ya LEED AP sertifikatı.
  • NFPA, ASHRAE, SMACNA, IPC və ya BREEAM üzrə ixtisaslaşmış təlimlər və sertifikatlar (üstünlükdür).
  • Betonarmə rezervasiyası, şantiye quraşdırma nəzarəti (site supervision) və As-Built sənədlərinin qəbulu üzrə real təcrübə.
  • Tender texniki şərtnamələrinin hazırlanması, podratçı təkliflərinin qiymətləndirilməsi (bid evaluation), TAB və Commissioning süreçlərində birbaşa iştirak təcrübəsi.
  • Mərkəzi Chiller, qazanxana, VRF, fan coil, AHU, hava kanalları, rekuperatorlar və istilik nasosları (heat pump) üzrə dərin biliklər.
  • Hündürmərtəbəli binalarda zonalı su təchizatı, təzyiq qırıcı reduktorlar (PRV), vakuumlu kanalizasiya, sifonik drenaj və yağış suyu toplama sistemlərinin işləmə prinsiplərini bilmək.
  • NFPA standartları (NFPA 13, 14, 88A, 92), sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və CO ventilyasiya sistemləri biliyi.
  • Səs/vibrasiya izolyasiyası, BMS/SCADA avtomatlaşdırması, DDC panellər, müxtəlif boru materialları (mis, PPR, HDPE, çelik) və izolyasiya standartlarını bilmək.
  • AutoCAD: Mütləq (çertyoj oxuma, elementar çizim).
  • MS Office (Excel, Word, PowerPoint): Mütləq (hesabat və cədvəllər üçün).
  • MS Project / Primavera P6: Mütləq (iş cədvəllərini izləmək üçün).
  • Revit MEP və Navisworks (BIM): Vacib üstünlük (3D modeldə toqquşma analizi üçün).

Əlavə məlumat:

  • İş qrafiki: 6 gün,
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 2000-2500 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Mexanika mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000–2 500 ₼
Yerləşdirilib
7 oktyabr 2026
Son tarix
7 noyabr 2026
Baxış
78

Maaş bazarla müqayisədə

Mexaniki mühəndis üzrə bazar adətən 900–2 240 ₼ ödəyir, median — 1 250 ₼.

bu vakansiya · 2 000–2 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

28 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mexaniki mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Avant Construction
Construction · Baku
Avant Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İş həftədə 6 gün təşkil olunur.

Əmək haqqı 2000-2500 AZN netdir.

Nahar şirkət tərəfindən təmin edilir.

CV formalarını mövzu yerinə “Mexanika mühəndisi” yazaraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mexaniki mühəndis üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Mexaniki sistemlərin quraşdırılmasını və sahədə işlərin keyfiyyətini nəzarət edir, 5 il təcrübə tələb olunur.

Quality ControlAutoCADProject CoordinationElectrical Systems Knowledge+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
2 000–2 500 ₼
Mexanika mühəndisi
Müraciət et