Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Verilmiş dizayn konseptlərini istehsal üçün texniki rəsmlərə və çertyojlara çevirilməsi;
- İstehsalat üçün dəqiq kəsim ölçülərinin hazırlanması;
- Məhsulun material sərfiyyatının hazırlanması;
- Sifarişləri vaxtında və düzgün şəkildə istehsalata yönləndirilməsi;
- Layihələrin düzgün icrası üçün müvafiq şöbələrlə koordinasiyalı işin təmin edilməsi;
- Müştəri tələblərinə uyğun dəyişikliklərin vaxtında və dəqiq şəkildə icra edilməsi;
- Mebelin möhkəmliyini və funksionallığını təmin edəcək konstruktiv həllərin təklif edilməsi;
- Alman brendi Nobilia mətbəxlərinin müştəriyə təqdimatı və qiymət hesablaması;
- Birbaşa və ümumi rəhbərin tapşırdığı vəzifəyə aid olan digər işlərin icrası.
Tələblər
- Ali təhsil arzuolunandır;
- Səlis azərbaycan və rus dili biliyi (danışıq); İngilis dili biliyi üstünlükdür;
- Autocad proqramında (2D və 3D) yüksək səviyyədə işləmə bacarığı;
- Mebel dizaynı sahəsində minimum 2 il təcrübə;
- Texniki çertyojlar ilə işləmə bacarığı;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı;
- 3DsMAXAX biliyi üstünlükdür;
- Dizayn və texniki innovasiyalara maraq.
Vakansiya növü - Tam ştat
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.
Kontakt Home — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


