Layihələrin konstruktiv cizgilərini hazırlayır və tikinti sahəsində nəzarət edir, 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə Öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
- Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
- Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
- Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
- Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
- İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
- Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
- Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.
Tələblər:
- Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə).
- Sahədə minimum 1 il iş təcrübəsi.
- AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı.
- Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər.
- Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.
- Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 6 gün, şənbə günü qısaldılmış iş rejimi.
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Şirkət haqqında
Makro2000 Topluluğu’nun ilk ve lider şirketi olan Makro2000 Eğitim Teknolojileri 2000 yılında inşaat firması olarak kurulmuş ve faaliyetinin başlangıcından bu yana büyük çaplı ve yüksek teknoloji ürünü birçok uluslararası proje ile adını…
Makro 2000 — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AutoCAD proqramında texniki çertyojlar hazırlayır və layihə sənədlərində mühəndislərlə əməkdaşlıq edir.
Sənaye obyektləri və infrastruktur üçün struktur dizayn və analiz aparır, 15 ildən çox təcrübə tələb olunur.
Memarlıq və interyer layihələrinin hazırlanması; AutoCAD və Revit bilikləri tələb olunur.




