Yeni məhsulların 3D modellərini və texniki çertyojlarını hazırlamaq üçün SolidWorks bilikləri tələb olunur.
Vakansiya haqqında
MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə Öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
- Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
- Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
- Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
- Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
- İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
- Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
- Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.
Tələblər:
- Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə).
- Sahədə minimum 1 il iş təcrübəsi.
- AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı.
- Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər.
- Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.
- Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.
İş şərtləri:
- İş qrafiki: Həftə içi 6 gün, şənbə günü qısaldılmış iş rejimi.
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühəndis konstruktor üzrə bazar adətən 1 200–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
4 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühəndis konstruktor kimi öz maaşını yoxlaŞirkət haqqında
Makro2000 Topluluğu’nun ilk ve lider şirketi olan Makro2000 Eğitim Teknolojileri 2000 yılında inşaat firması olarak kurulmuş ve faaliyetinin başlangıcından bu yana büyük çaplı ve yüksek teknoloji ürünü birçok uluslararası proje ile adını…
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühəndis konstruktor üzrə Bakıda digər açıq elanlar.
Texniki dizayn və istehsal üçün 2D/3D modelləşdirmə və sənədləşmə bacarığı tələb olunur.
Avadanlıqların 3D modellərini hazırlayır, Autocad və Inventor bilikləri tələb olunur.
Su və kanalizasiya sistemlərinin layihələndirilməsi və sənədləşdirilməsi üzrə mühəndis axtarılır, AutoCAD bilikləri tələb olunur.



